Accessibility links

Türkiyənin baş naziri Şimali Afrikaya rəsmi səfərə çıxır


Türkiyənin baş naziri Şimali Afrikaya rəsmi səfərə çıxır
Türkiyənin baş naziri Şimali Afrikaya rəsmi səfərə çıxır

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan bu gün Şimali Afrikaya dörd günlük rəsmi səfərə çıxır. Türkiyə son zamanlar siyasi böhranın baş qaldırdığı bölgədə nüfuzunu artırmağa çalışır. Cənab Ərdoğanın səfərinin ilk dayanacağı Qahirədir. O, hal-hazırda Misirdə hakimiyyət başındakı hərbi şuranın feld-marşalı Məhəmməd Hüseyn Tantavi və baş nazir Essam Şərəflə görüşəcək. Baş nazirin eləcə də Ərəb Liqasının yığıncağı zamanı özünün xarici siyasəti barədə danışacağı və prezident Hüsni Mübarəki istefa verməyə məcbur edən gənc siyasi liderlərlə görüşəcəyi gözlənilir.

Çərşənbə günü cənab Ərdoğanın Tunisə gedəcəyi, çümə axşamı isə Liviyanın müvəqqəti hökumətinin başçısı ilə görüşəcəyi planlaşdırılır.

XS
SM
MD
LG