Azərbaycan prezidenti İlham Əliyev 3-cü dönəm səlahiyyətlərinin icrasına başlayandan sonra ilk rəsmi səfərini Türkiyəyə edib. Türkiyə Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Qafqaz üzrə eksperti, professor Kamer Kasım Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibəsində İlham Əliyevin Türkiyə səfərini şərh edib. Onun fikrincə, iki ölkə həqiqətən də enerji körpüləri ilə bir-birinə bağlanıb. Cənab Kasım deyib ki, İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsi münasibətlərin tam strateji əməkdaşlıq səviyyəsində olmasına işarədir.