Accessibility links

Türkiyə ordusu Suriya ilə sərhəddə İŞİD döyüşçüsünü qətlə yetirib, 21 nəfəri saxlayıb


Türkiyə təhlükəsizlik qüvvələri İslam Dövləti qrupunun yaraqlısı olmaqda şübhəli bilinən şəxsi qətlə yetirib və Suriya sərhədindən Türkiyəyə qeyri-qanuni keçməyə cəhd edən 21 nəfəri həbs edib.

Hadisə Türkiyənin cənubunda Kilis vilayətində baş verib. Ordunun bəyanatında deyilib ki, həbs edilənlərdən doqquzu uşaqdır.

Türkiyə ekstremistlərin ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə Suriya ilə 900 km.-lik sərhədə əlavə qoşun göndərib.

Türkiyənin Xarici İşlər Nazirliyi bu gün bildirib ki, Ankara Suriya ilə sərhədin bütün hissələrində İslam Dövləti qrupunun yaraqlılarının məhvinə yönəlmiş əməliyyatlarda Birləşmiş Ştatlarla birgə iştirak edəcək.

XS
SM
MD
LG