NATO-nun ən yüksək hərbi orqanının üzvləri ilin sonuncu konfransı üçün şənbə günü İstanbulda görüşüblər. NATO-nun 28 üzv ölkəsinin müdafiə nazirləri bir sıra təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu məsələlərə Əfqanıstana dəstək missiyasının göndərilməsi və Rusiyanın İttifaqın şərq sərhədinə təcavüzü daxil olub. Bundan əlavə Türkiyənin hərbi liderləri NATO-ya cənubdan gələn, yəni Suriya və İraqda İŞİD-in yaratdığı təhlükəyə də nəzər salıblar.
Üzləşdiyimiz problemləri dərk etmək üçün Türkiyənin rolu çox mühumdürMartin Dempsi
Türkiyənin qapısının astanasından müharibə səsləri gəlir. 2 milyona yaxın suriyalı isə müharibədən qaçmaq üçün Türkiyəyə axın edir.
General Martin Dempsi Türkiyənin baş generalı və digər NATO müdafiə nazirləri ilə ekstremistləri məğlub etməyin yollarını axtarır.
“Mən düşünürəm ki, üzləşdiyimiz problemləri dərk etmək üçün Türkiyənin rolu çox mühumdür”.
Tənqidçilər deyir ki, türklər və amerikalılar arasındakı fikir ayrılıqlarından İŞİD qrupu yararlanır.
“Düşünürəm ki, bizim Suriyada bu son bir neçə ildə çətinliklər yaşamağınızın səbəbi ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasıdır.”
Türkiyə yenicə ABŞ və koalisiyanın maraqlarına uyğun addımlar atmağa başlayıb. İlk öncə iyul ayında İncirlik aviabazasını ABŞ-ın hərbi təyyarlərinə açıb və daha sonra koalisiyaya qoşularaq yaraqlılara qarşı hava hücumları həyata keçirməyə başlayıb.
“Deməli biz bir neçə hədəfi bombalayırıq və yaxşı nəticə əldə etməyi ümid edirik. Bu isə çox ciddi bir strategiya deyil. Yəni Türkiyə və Birləşmiş Ştatlar daha yaxşı anlaşa bilər, amma onların birlikdə üzərində anlaşdığı strategiya bizi məğlubiyyətə uğradır.”
ABŞ bildirir ki, İraqdakı rəhbərlik problemlərindən tutmuş Suriyada güvəniləcək tərəfdaşların çatışmazlığına kimi bir sıra amillər İŞİD qrupunu ayaqda saxlayıb. Yaraqlılarıdan törətdiyi təhlükənin azaldılması illər ala bilər, çünki Dempsi daxil olmaqla digər generallar döyüşün “taktiki olaraq çıxılmaz vəziyyətdə” olduğunu deyirlər.