Cümə günü Türkiyəyə Yunanıstandan deportasiya edilmiş əlavə 200 miqrant gəlir. Miqrantların geri göndərilməsi Avropanın qaçqın böhranının yüngülləşdirilməsi üçün ötən ay Avropa İttifaqı ilə Ankara arasında əldə olunan razılığın bir hissəsidir. Bəzi türklər Türkiyənin vətənlərinə geri dönmək istəməyən qaçqınları qəbul etməsindən narahatlıq keçirir.
Türkiyə xalqı miqrantların ən azı gələcək 10 il, bəlkə də daha uzun müddət ərzində geri dönməyəcəyini anlamağa başlayır.Cansu Akbaş Demirel
Türkiyə ilə Yunanıstanın Lesbos adasını ayıran Egey Dənizinin suları göründüyü kimi sakit deyil.
Bu suları keçməyə çalışan yüzlərlə insan orada ölüb. Sağ qalanlar isə indi geri göndərilir.
“Onların bizə heç bir zərəri yoxdur. Əksinə mən ötən il bu illə müqayisədə iki dəfə daha çox pul qazandım. Onlar burda olanda mənim gəlirim daha yüksək idi. Ərəblər bizim kimidir. Onlar ədviyyatları çox sevir.”
Şəhərin digər tərəfində isə vəziyyət fərqlidir. Avropa İtitfaqı ilə Türkiyə arasında əldə olunan razılıq türklərin Avropaya vizasız səyahət edə bilməsinə gətirib çıxara bilər.
Amma bu viza agentliyində növbələrini gözləyənlər deyir ki, bu vəd miqrantların qəbuluna bəraət qazandırmaq üçün kifayət deyil.
“Əsas məsələ odur ki, biz nəyin baş verəcəyini bilmirik, çünki biz bu insanların kim olduqlarını, harada yaşayacaqlarını, Türkiyənin harasında yerləşdiriləcəklərini bilmirik.”
Hökümət geri göndərilən miqrantları nəzərdən uzaq saxlayır. Təhlilçilər deyir ki, bu addım miqrantların heç vaxt vətənlərinə geri dönməyəcəkləri ilə bağlı qorxu və narahatlıqları əks etdirir.
“Türkiyə xalqı miqrantların ən azı gələcək 10 il, bəlkə də daha uzun müddət ərzində geri dönməyəcəyini anlamağa başlayır. Bəlkə hətta onlar Türkiyə vətəndaşı oldu.”
İzmir limanına baxan təpəlikdə yerləşən bu məzarlıqda işçilər 52-si körpə olmaqla Yunanıstana keçməyə çalışarkən batan 100-dən çox miqrant üçün məzar hazırlayır. Onların adları bilinmir. Məzarlar nömrələrlə işarələnib və ümid olunur ki, bir gün qohumları onların aqibətlərini soracaq.
Skeptisizmə baxmayaraq, Türkiyə miqrantların məsuliyyətini üzərinə alır – istər canlı, istərsə də ölülərin.