ABŞ-ın dronları və hərbi təyyarələri Türkiyənin cənub bölgəsindəki hərbi hava bazasına yola düşməzdən əvvəl Türkiyənin xarici ilər naziri bildirib ki, plan Suriya ilə sərhəd bölgələrinin İslam Dövləti yaraqlılarından təmizlənməsi məqsədi daşıyır.
Mevlüt Çavuşoğlu Türkiyə və ABŞ-ın yaxın zamanda qrupa qarşı genişmiqyaslı əməliyyatlara başlayacağını və bununla müxalif qüvvələrin İslam Dövlətinə qarşı mübarizəsinə şərait yaranmış olacağını deyib.
Nazir bu bəyanatı ABŞ dövlət katibi Con Kerrinin də iştirak etdiyi Malayziya regional sammiti çərçivəsində verib.
Türkiyə ötən ay ABŞ qüvvələrinin İncirlik hava bazasından istifadə etməsinə razılıq verib.
Suriya ilə şimal sərhədlərinin 100 kilometrlik ərazisində İslam Dövləti qrupundan azad zona yaradılması planlaşdırılır. Türkiyə hökumətinin təkidlərinə baxmayaraq, bura uçuşlara yasaq zona elan edilməyəcək.
ABŞ ötən ilin sentyabr ayından İslam Dövləti qrupunu hədəf alan koalisiya qüvvələrinə başçılıq edir.