Accessibility links

Mühacirət və insan haqları Türkiyənin Aİ üzvlüyündə əsas rol oynayır [Təhlil]


Türkiyənin Avropa İttifaqına üzvlük prosesi və miqrant böhranının dərinləşməsi Ankaraya səfər edən üç yüksək səviyyəli Avropa rəsmisinin müzakirələrinin əsas mövzusu olub. Türkiyənin miqrantların Avropaya keçməsindəki rolu Avropa İttifaqına qoşulmasını gecikdirib.

Türkiyə İraq və Suriyadan Avropa İttifaqına keçid üçün coğrafi körpü olub. Bu, Türkiyənin mühümliyini Brusselə daşıyıb. Avropa liderləri miqrant köçünün qarşısını almaqda çətinlik çəkir.

Ankarada səfərdə olan Avropa İttifaqının xarici işlər naziri Federika Moqherni bildirib ki, hər iki tərəf miqrant böhranına daha çox diqqət ayırmalıdır.

Avropa İttifaqı tərəfindən baxsaq biz Türkiyəni miqrantların yerləşdirilməsində və qorunmasında göstərdiyi heyrətamiz işi dəstəkləməliyik.
Federika Moqherni

Federika Moqherni: “Avropa İttifaqı tərəfindən baxsaq biz Türkiyəni miqrantların yerləşdirilməsində və qorunmasında göstərdiyi heyrətamiz işi dəstəkləməliyik.”

Dekabr ayında Brussel Ankaraya iki miliyon miqranta ev sahibliyi etdiyi üçün 3.25 milyard dollar yardım söz verib.

İtaliya bu maddi dəstəyin əleyhinədir. Baş nazir Matteo Renzi Brüsseli miqrant böhranının qarşısını almaq üçün Türkiyədə insan haqlarının vəziyyətinə göz yummaqda ittiham edib.

Avropa İttifaqı Genişləmə üzrə komissarı Cohannes Hann Ankaranı miqrantların işləməsinə icazə verən qanunu qəbul etdiyi üçün alqışlayıb. Lakin İttifaqa üzvlük məsələsində insan haqlarının mühümlüyünü vurğulayıb.

İfadə azadlığı, toplaşma azadlığı, azad məhkəmə, bütün bunlar xırda məsələlər deyil. Bizim üçün fundamental və imtinaedilməz sahələr və problemlər çox əhəmiyyətlidir.
Cohannes Hann

Cohannes Hann: “İfadə azadlığı, toplaşma azadlığı, azad məhkəmə, bütün bunlar xırda məsələlər deyil. Bizim üçün fundamental və imtinaedilməz sahələr və problemlər çox əhəmiyyətlidir.”

Beynəlxalq insan haqları qrupu Türkiyədə yaxın günlərdə baş verən insan haqları pozuntularına diqqət çəkib. Kürd üsyançılarına qarşı aparılan hərbi mübarizə də artan narahatlıqlar arasındadır. Türkiyədə səfərdə olan Avropa İttifaqı rəsmiləri münaqişənin davam etdiyi regionlara səfər etməyi planlaşdırır.

Cümhuriyyət qəzetinin köşə yazarı Semih İdiz deyir ki, çox az insan Ankaranın Avropa İttifaqı üvzlüyünə inanır.

Semih İdiz: “Biz başa düşməliyik ki, Türkiyə və Avropa İttifaqı bir çox məsələlərdə əməkdaşlıq edir. Beləliklə Türkiyənin Avropa İttifaqına üzvlük ideyası artıq etibarlı deyil və digər sahələrə də təsir edə bilməz. Buna görə də bəhanə praqmatik səbəblərlə qorunur. Lakin fikirləşmirəm ki, buna heç kim inanmır. İnsanlar bunu başa düşür.”

Təhlilçilər xəbərdarlıq edir ki, hətta Türkiyə miqrant böhranında böyük rol oynamaqda davam etsə pişləşməkdə olan insan haqlarının vəziyyəti Ankaranın üzvlük məsələsini daha da çətinləşdirəcək.

XS
SM
MD
LG