Cümə axşamı Amnesty təşkilatının Türkiyə üzrə direktoru İdil Eserin doğum günü idi. Həmkarları və dostları bu günü onun iştirakı olmadan qeyd edərək, onun azadlığını tələb edən və onlarla tanınmış insanlar tərəfindən imzalanan məktub hazırlayıblar.
İdil Eserin və digər insan hüquqların fəallarının həbs edilməsindən 100 gün keçir.
“Onlar rəqəmsal təhlükəsizlik və mürəkkəb şəraitdə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərin özlərini necə qorumalı olduqları haqqında rutin bir təlimin üçüncü günündə idilər.”
Türkiyə prokurorları bu həftə Amnesty Türkiyənin sədri Taner Kılıç da daxil olmaqla 10 insan hüquqları fəalına qarşı rəsmi iddianəmə təqdim edərək, terror təşkilatını dəstəkləmək ittihamları ilə onlara 15 ilədək mübbətdə həbs edilmələrini tələb ediblər.
Amnesty bu ittihamları “saxta və cəfəng” adlandırıb.
“İnsan hüquqları müdafiəçilərin həbsi ikiqat problematikdir. Belə ki, onlara qarşı pozuntular haqqında danışa biləcək fəallar faktiki olaraq susdurulmuş olurlar.”
Bu həbslər 2016-cı il hərbi çevriliş cəhdindən sonra hökümətin həyata keçirdiyi təzyiqlərin bir hissəsidir. Bu təzyiqlər Türkiyənin Qərb müttəfiqləri ilə münasibətlərinə ciddi təsir göstərib.
Birləşmiş Ştatların səfirliyi bazar günündən etibarən viza xidmətlərini dayandırıb. Bu addım səfirliyin iki əməkdaşının həbs edilməsindən sonra atılıb. Həmin əməkdaşlar dini xadim Fətullah Gülənlə əlaqələri olmaqda ittiham olunurlar.
Türkiyə prezidenti cümə axşamı söz müharibəsini bərpa etdi.
Türkiyənin Almaniya ilə münasibətləri də gərginləşib. On bir Almaniya vətəndaşı terror ittihamları ilə məhkəmə qarşısındadır. Almaniyalı qanunvericilər Avropanı Vaşinqtonun addımlarını təkrar etməsinə çağırır.
“Bizim Türkiyə ilə hərbi əməkdaşlığımız var. Bizim kəşfiyyatımızı birlikdə çalışır. Biz Türkiyəyə subsidiyalar ödəyirik. Türkiyə ilə gömrük prosedurlarının və vizaların asanlaşdırılması müzakirələri gedir. Amma ABŞ bu problemə fərqli yanaşdı. Biz özümüzə nə etməli olduğumuzla bağlı sual verməliyik.”
Türkiyənin NATO müttəfiqləri ilə münasibətləri də pisləşir. Birləşmiş Ştatlar deyir ki, onlar Türkiyə hökümətindən səfirlik əməkdaşlarının nə üçün həbs edildiyi izahını almağa çalışırlar.