Türkiyə-ABŞ dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının üzvü Suat Kınıklıoğlunun başçılıq etdiyi nümayəndə heyəti Vaşiqntondakı Uilson mərkəzində keçirilən tədbirin iştirakçısı olub. Amerika rəsmiləri Türkiyənin Qərbdən uzaqlaşdığına dair deyilənlərin doğru olmadığanı bildirsələr də, Konqresdə bu ab-hava hiss edilir. Konqres üzvləri və hökumət nümayəndələri ilə bir sıra görüşlərə qatılan heyət məhz bu ab-havanı dəyişməyə çalışıb.
Türkiyə-ABŞ dostluq qrupunun rəhbəri, Ədalət və İnkişaf partiyasının üzvü Suat Kınıklıoğlu Türkiyənin Qərbdən uzaqlaşdığına dair iddiaları rədd edib. “Türkiyə küçələrdə yolunu itirən balaca bir uşaq deyil. Türkiyə təcrübəli və güclü bir xarici siyastətə malik olan bir ölkədir.”
Millət vəkili qonşuları ilə yaxşı münasibətləri olan Türkiyənin Amerika və Qərbin yaxın müttəfiqi olduğunu və regionda təsir gücünə malik olan bir ortaq ola biləcəyini deyib.
Nümayəndə heyətinin Cümhuriyyət Xalq Partiyasının üzvü Emrehan Halıcı Türkiyənin regiondakı rolu və cavabdehliyinin heç vaxt bu səviyyədə olmadığını bildirib.“Biz İran, İraq, Qafqaz, Balkanlar və Yaxın Şərq kimi qonşularımız qarşısında daha artıq cavabdehlik daşıyırıq. Xarici siyasətimizin təməli Avropa Birliyi və NATO ilə əlaqələrdir.”
Vaşinqtona səfər edən nümayəndə heyəti ABŞ Konqresinin Türkiyənin İran siyasəti, İsraillə münasibətləri və Həmasla yaxınlaşmasına dair arahatlıqlarını da azaltmağa çalışıb.
AKP-dən millət vəkili Kınıkoğlu İran siyasətinin dini həmrəyliyə əsaslanmadığını deyib.“Türkiyə-İran münasibətləri Türkiyənin enerji, biznes kimi maraqlarına əsaslanır. ABŞ-la Türkiyə İranı nüvə proqramından çəkindirmək kimi ortaq marağı bölüşür. Lakin yeganə fərq buna nail olunması yoludur.”
Uilson mərkəzində söz alan millət vəkilləri Türkiyənin İsrailə dost bir ölkə olduğunu da vurğuladılar.
Millət vəkili Suat Kınıklıoğlu Türkiyənin dəyişdiyini etiraf etdi
“Amerikalılar dəyişikliyi qəbul etmək qədər ağıllıdır. Məhz buna görə bu ölkə super qüvvə statusunu qazanıb. ”
Kınıklıoğlu deyib ki, bu dəyişiklik neqativ dəyişiklik kimi qəbul edilməməlidir. Millət vəkili ABŞ-ın bu dəyişiliklə ayaqlaşacağına inandığını bildirib.