Accessibility links

Türkiyə silahlı qüvvələrinin sabiq rəhbəri İlker Başbuğ prokurorluğa çağırılıb


Türkiyə silahlı qüvvələrinin sabiq rəhbəri İlker Başbuğ prokurorluğa çağırılıb
Türkiyə silahlı qüvvələrinin sabiq rəhbəri İlker Başbuğ prokurorluğa çağırılıb

Türkiyə mediası bildirir ki, ittihamçılar silahlı qüvvəərin sabiq rəhbərini ölkənin İslam təmayüllü hökumətini sıradan çıxarmaq üçün internet kampaniyasına başlamış şəxs qismində müəyyən ediblər.

Dövlətə məxsus xəbər agentlikləri təqaüddə general İlker Başbuğun dindirilmək üçün prokuror idarəsinə çağırıldığını bildirirlər. O, sekulyarist Ergenekon şəbəkəsində çalışmaqda ittiham olunan başqa sabiq rəsmilərlə bağlı sualları cavablandırıb.

İttihamçılar qrupun 2003-cü ildə Ədalət və İnkişaf Partiyasını (AKP) hakimiyyətdən devirmək üçün bir sıra bombalama əməiyyatları və bunun ardınca dövlət çevrilişi həyata keçirmək planı qurmaqda günahkar bilir. Türkiyə hərbi qüvvələri 1960-97-ci illər arasında dörd dəfə hökuməti devirib.

Ergenekon məsələsi ilə bağlı Türkiyə polisi 300-dən çox jurnalist, akademik və siyasətçini həbs edib.

XS
SM
MD
LG