Türkiyə məhkəməsi paytaxt Ankarada yetimxananın qarşısında gizlincə uşaqları videoya çəkdiyinə görə Britaniyanın Duk Hersoquna qarşı ittiham irəli sürüb. Kraliça Yelizavetanın ikinci oğlu şahzadə Andryunun keçmiş həyat yoldaşı Sara Ferquson dünən keçirilən ittiham oxunuşunda iştirak etməyib. O, 2008-ci ildə gizli kameradan istifadə edərək yetimxananın içərisində beş uşağı Britaniya televiziyası üçün videoya çəkməklə şəxsi həyatlarına müdaxilə etməkdə ittiham edilib. Video yetimixanada əlil uşaqların yaşadıqları pis şəraiti nümayiş etdirir. Sara Ferquson məhkum edilərsə 22 il həbs cəzası ilə üzləşə bilər.