Türkiyə ilə Avropa İttifaqı arasında mübahisələr Ankaranın quruma üzvlük məsələsini çətinləşdirə bilər. Təhlilçilərin fikrincə, Avropa İttifaqının Balkan ölkələrindən səyahət məhdudiyyətlərini ləğv etməsi türkləri narahat edir.Türkiyənin İttifaqa üzv olmaq istəyinə baxmayaraq, qurumun türklərin viza məhdudiyyətlərini ləğv etməkdən imtina etməsi Ankarada qəzəblərin artmasına yol açıb. Avropalı siyasətçilərin bəzisinin fikrincə, Albaniya kimi yoxsul ölkələrin azad viza ilə təmin edilməsi problemli Türkiyə ilə müqayisə edilməməlidir. Brüssül ərazilərindən Avropaya keçən qeyri-qanuni mühacirlərin Türkiyəyə qaytarılmasını tələb edir. Təhlilçilər hesab edir ki, Türkiyə mühacirlərin yenidən qəbul edilməsinə dair sazişi imzalasa, Avropa viza məhdudiyyətlərini aradan qaldıra bilər. Belə bir razılığın gələn il əldə ediləcəyi təxmin edilir.