Accessibility links

Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri götürüb


Məhərrəm İncə və Kamal Kılıçdaroğlu
Məhərrəm İncə və Kamal Kılıçdaroğlu

Məmləkət Partiyasının sədri Məhərrəm İncə prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb. Mətbuata açıqlamasında 15 yaşında siyasətə başladığını, rayon və əyalət idarəçiliyində, 5 dönəm millət vəkili, prezidentliyə namizəd olduğunu, partiya qurduğunu xatırladaraq nitqə başlayan İncə bildirib ki, 40 ildən artıqdır ki, siyasətdə mübarizə aparır.

"Heç kimin haqqına girməməyə diqqət yetirmişəm, düzə düz, əyriyə əyri demişəm, müxalifət, iqtidar demədən düzgün iş varsa və bunu kim edirsə, ona sahib çıxdım. Ola bilər ki, haqsızlıq etdiyim insanlar olub, ola bilər ki, mənə də qarşı haqsızlıq edilib. Amma bu son 45 gündə gördüklərimi 45 ildə görməmişəm" - deyə, Məhərrəm İncə qeyd edib.

Son günlər sosial şəbəkələrdə Məmləkət Partiyası sədrinin şəxsi həyatına aid görüntülərin olması və bunun seçkidən əvvəl yayımlanacağı iddiası gündəmə gəlib.

"Cümhuriyyət tarixində heç bir siyasətçi belə böhtan görməyib" deyən İncə ölkədəki prokurorların və jurnalistlərin bu məsələlərə toxunmadığını bildirib.

İncə 2021-ci ildə yaratdığı Məmləkət Partiyasının hələ də parlament seçkilərində iştirak edəcəyini bildirib və partiyaya "hər ailədən" səs verməyə çağırış edib.

58 yaşlı keçmiş fizika müəllimi daha əvvəl 2018-ci ildə keçirilən prezident seçkilərində CHP-nin namizədi kimi Ərdoğana rəqib olmuşdu. O, təxminən 30% səs toplamışdı, lakin sonradan partiyadan ayrılmışdı.

İncə Kılıçdaroğluna açıq-aşkar istinad edərək, "Seçkiləri uduzsalar, heç bir bəhanələri olmayacaq" deyib.

Millət İttifaqının Prezidentliyə namizədi Kamal Kılıçdaroğlu seçkilərdəki rəqiblərindən Məhərrəm İncənin namizədliyi ilə bağlı açıqlamasına az qalmış Sivasda Amerikanın Səsinin suallarını cavablandırıb. Kılıçdaroğlu İncə ilə bağlı "iradəsinə hörmət edirəm" deyib.

XS
SM
MD
LG