Accessibility links

“Biz Qadın Cinayətlərini Dayandıracağıq” platforması fəaliyyətinin davamı üçün mübarizə aparır


“Biz Qadın Cinayətlərini Dayandıracağıq” platforması fəaliyyətinin davamı üçün mübarizə aparır
please wait

No media source currently available

0:00 0:03:16 0:00

“Biz Qadın Cinayətlərini Dayandıracağıq” platforması fəaliyyətinin davamı üçün mübarizə aparır

Türkiyə qadın qətllərinin sayına görə Avropada ən pis göstəricilərdən birinə malikdir. Buna qarşı çıxan ən qabaqcıl qruplardan biri də “Biz Qadın Cinayətlərini Dayandıracağıq” platformasıdır. Lakin məhkəmə tezliklə bu qrupun fəaliyyətini dayandıra bilər ki, bu da Türkiyədə qəzəb və etirazlara səbəb olub.

İstanbulda etirazçılar əllərində əksəriyyəti sevgililəri və ərləri tərəfindən qətlə yetirilən qadınların şəkillərini tutub.

“Biz Qadın Cinayətlərini Dayandıracağıq” platforması qadın qətlləri məsələsinin siyasi gündəmə gətirilməsinə məcbur etmək üçün bu nümayişlərin və digər aksiyaların önündə gedir. Lakin hazırda Türkiyə mülki məcəlləsinə əsasən ailə dəyərlərinə və əxlaqına xələl gətirməkdə günahlandırılan bu qrup fəaliyyətini davam etdirmək üçün mübarizə aparır. “Mən həqiqətən qəzəbliyəm, mən həqiqətən narahatam. Düşünürəm ki, bu, biz qadınlara qarşı haqsızlıqdır. Biz cinayətlə mübarizə aparırıq və hökumət bizi dəstəkləmir. Mən çox pərişanam”- deyə, etirazçılardan biri bildirir.

Qrup Türkiyədə və xaricdə fəallarının hökumətin qadınları müdafiə etməməsi ilə bağlı hakimiyyəti rüsvay etməyə yönəlmiş kampaniyalarına görə təriflənir. Platforma həmçinin hüquqi yardım axtaran qurbanların ailələrinə dəstək verir. Lakin dövlət ittihamçıları tərəfindən açılan məhkəmə işi qrupu bağlamaqla hədələyir. Qrupun üzvü Fidan Ataselim: “Bu, çox qorxuludur. Biz bağlansaq nə baş verəcəyindən heç danışmıram belə. Biz platformamızın bağlanmaması üçün mübarizəmizi davam etdiririk. Sadəcə onu bağlamaq cəhdi demokratik ictimai təşkilatlara və qadın hüquqları uğrunda mübarizəyə qarşı təzyiqdir, kriminallaşdırma və qütbləşmə siyasətinin bir hissəsidir”.

Bəzi təhlilçilər bunu prezident Rəcəp Tayyib Ərdoğanın özünün mühafizəkar səsvermə bazasını möhkəmləndirmək cəhdi kimi qiymətləndirir. Lakin hökumət bu ittihamı rədd edir.

Ərdoğan təkcə qadınları zorakılıqdan qorumaq məqsədi daşıyan ilk beynəlxalq müqavilə - İstanbul Konvensiyasının - ailə dəyərlərinə xələl gətirdiyini iddia edərək Türkiyəni həmin müqavilədən çıxarıb.

ABŞ Dövlət Departamentinin builki illik insan haqları hesabatında Türkiyədə qadınlara qarşı zorakılıq göstəricilərin pis olduğunu görmək olar. İnsan haqları qrupları Türkiyənin platformaya qarşı addımlarını tənqid edir. Human Rights Watch-dan Emma Sinkler: “Bu platforma ölkənin bir çox bölgəsində problemlər barədə ictimaiyyətin maarifləndirilməsində çox uğurlu olub və plarformanı bağlamaq cəhdi onlara qarşı kampaniya təşkilatı kimi əldə etdikləri uğurlara görə bir növ repressiya kimi görünür.”.

Öldürülən qadınların qohumları platformanın ən güclü tərəfdarları arasındadır və qrupun yanında olmağa söz verib. Nihat Palandoken: “Qadın Cinayətlərini Dayandıracağıq platforması bizim təşkilatımızdır. Bu platformanı hədəf almaq, bizi hədəf almaq deməkdir. Onlar yenə də yaramızı qanatdılar”.

Bu aksiyanın sonunda qurbanların adları oxunur. Növbəti yürüşdə bu kədərli siyahıya yeni adların daxil ediləcəyi demək olar ki, qaçılmazdır.

Hökumət platforması bağlamağa çalışdığı üçün, “Biz Qadın Cinayətlərini Dayandıracağıq” təşkilatı bundan sonra öldürülən qadınlar üçün ədalət tələb edə bilməyə bilər.

XS
SM
MD
LG