Türkiyə hökuməti koronavirusla mübarizədə nailiyyət əldə edildiyini iddia edərək, COVID-19 məhdudiyyətlərini yüngülləşdirməyə başlayıb.
Ölüm və yoluxma hallarının azalmasına baxmayaraq, narahatlıqlar mövcuddur. Belə ki, sağlamlıq deyil, iqtisadi dirçəlişə yönələn bu addım vaxtından əvvəl atılmış ola bilər.
"Allah işimizi rast gətirsin və bizi virusdan qorusun" - deyə, İstanbulun Moda məhəlləsindəki bərbərxana sahibi Gül Şimşek bildirib.
O, biznesinin mart ayından bağlı olduğunu deyib.
Bərbərxanalar və gözəllik salonlarına qoyulan məhdudiyyətlər ləğv edilib.
"Bərbərxanamı ilk dəfə açırmış kimi həyəcanlıyam. İşim üçün, insanlar üçün darıxmışam" - deyə, Şimşek göz yaşlarını saxlaya bilməyib.
Şimşek dükanını dezinfeksiya etdiyini və maska taxdığını, habelə əlcək geydiyini deyib.
Türkiyə mayın 11-dən etibarən ticarət mərkəzlərinin açılışına icazə verib. Mollara gələn müştərilərin qızıdırması ölçülür.
Tənqidçilər bu addımı sual altına alaraq, çoxsaylı insanın toplaşmasının riskli olduğunu deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19 virusunun və ölüm hallarının azalması ilə nəzarətlərin yüngülləşdirilməsi vaxtının çatdığını bildirib.
Bazar günündən 65 yaşdan yuxarı insanların 2 aylıq qapanışlardan sonra 4 saatlıq küçələrə çıxmasına icazə verilib.
İstanbulun Kadır Han Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Soli Özel Türkiyə hökumətinin digər ölkələrdə olduğu kimi odla su arasında qaldığını bildirib.
Onun dediyinə görə, Türkiyə Avropanın ən gənc əhalisi olan ölkəsi olmaqla infeksiyalara daha az həssasdır. Özel ölkədə reanimasiya mərkəzlərinin, hazırlıqlı həkimlərin olması kimi faktorların virusla mübarizədə daha uğurlu olduğunu deyib.
Con Hopkins Universitetinin məlumatına görə, Türkiyədə 140 min virusa yoluxma halı, 3841 ölüm halı qeydə alınlb.
Bazar ertəsi Türkiyənin Səhiyyə Nazirliyi COVID-19 virusuna yeni yoluxanların sayının 114, ölənlərin 55 nəfər olduğunu, 3089 nəfərin sağaldığını bəyan etmişdi.
Siyasi müxalifət hökumətin göstəricilərinin həqiqəti əks etdirmədiyini deyir. Hökumət isə bu iddiaları rədd edir.
Eyni iddialarla bəzi Avropa ölkələri də günahlandırılır.