Accessibility links

Türkiyə Amerikanın Səsi, Deutsche Welle və Euronews-a lisenziya almaları üçün 72 saat vaxt verib


Türkiyənin Radio Televiziya Ali Şurası (RTÜK) fevralın 9-da keçirdiyi iclasda VOA (Amerikanın Səsi), Deutsche Welle və Euronews-un türk dilindəki bürolarının üç gün ərzində lisenziya üçün müraciət etməli olduqlarını, əks təqdirdə bu üç beynəlxalq media qurumunun internet yayımlarının qarşısını almaq üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirib.

2019-cu ilin avqustun 1-də “Resmi Gazete”-də dərc edilən "Radio, Televiziya və “On-demand” Yayımların İnternetdə Təqdimatı haqqında Əsasnamə" RTÜK-ə internet mühitinə nəzarət etmək səlahiyyətini verir.

RTÜK bu səlahiyyətindən ilk dəfə üç il sonra xəbər kanalları üçün istifadə etməyə qərar verib.

Bilgi Universitetinin müəllim heyətinin üzvü və İfadə Azadlığı Dərnəyinin təsisçisi Professor Yaman Akdeniz 2019-cu ilin avqust ayında RTÜK-ə radio, televiziya və “on-demand” yayımlarının internetdə təqdimatına nəzarət etmək səlahiyyətinin verildiyini və şuranın bu haqdan üç il sonra istifadə etdiyini bildirib.

Amerikanın Səsinin türk xidmətinə danışan Professor Akdeniz “Bu kontekstdə RTÜK müvəqqəti yayım hüququ və ya yayım lisenziyası olmayan və ya hüququ və ya lisenziyası ləğv edilmiş fiziki və hüquqi şəxslərin yayım xidmətlərinin bloklanmasını tələb edə bilər. Amazon, Netflix ve Spotify gibi platformalar bu qanun altında lisenziya aldılar ve RTÜK-ün qərarlarına tabe oldular. RTÜK-ün tələbi ilə Tidal müsiqi platformasına Türkiyədən çıxış da lisenziyası olmadığına görə bir müddət bağlanmışdı. İndi növbədə mətbuat orqanları var və DW ilə Amerikanın Səsi kimi təşkilatların lisenziya alması nəzərdən keçirilir,” deyib.

Professor Akdeniz həmçinin jurnalist Can Dündarın təsis etdiyi ‘‘ozguruz20.org’’ vebsaytına da çıxışın RTÜK-ün tələbi ilə 12.06.2020 tarixində Ankara 4. Sülh Cəza Məhkəməsi tərəfindən bağlandığını bildirib.

İclas zamanı səs çoxluğu ilə qəbul edilən qərara etiraz edən RTÜK üzvləri İlhan Taşçı və Okan Konuralp sosial media hesabları vasitəsilə etirazlarını ictiamiyyətə çatdırıblar.

Hər iki üzv bu durumun mətbuat azadlığı ilə uyğun gəlmədiyini dilə gətirib. Okan Konuralp “RTÜK VOA, DW və Euronews-a lisenziyaya müraciət etmək üçün 72 saat vaxt verdi. Səs çoxluğu ilə verilən qərar SETA-nın 2019-cu ildə damğalamaq məqsədi daşıyan beynəlxalq KİV-lərlər bağlı hesabatının tətbiqidir. Lakin, beynəlxalq medianı sıxışdırmaq üçün atılan bu addım da uğursuzluğa məhkumdur,” deyib.

Konuralpın bəhs etdiyi SETA-nın (Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar Fondu) hesabatı “Beynəlxalq Media Təşkilatlarının Türkiyədəki Qolları” adı altında hazırlanıb.

İsmayıl Çağlar, Kövsər Hülya Akdemir və Seca Tokerin hazırladığı hesabat jurnalistika təşkilatları tərəfindən damğalamaq məqsədli bir hesabat olaraq qiymətlədirilib.

Hesabatda Amerikanın Səsi ilə yanaşı BBC, Deutche Welle, Euronews, Sputnik, CRJ ve The Independent-in türk dili bürolarının yayım siyasətləri ilə bağlı “hökumətin siyasətinə yaxın və ya tənqidi yanaşmalar” müəyyən edilib, bu təşkilatlarda işləyən jurnalistlərin sosial mediadakı paylaşımlarına əsasən onlarla bağlı “hökumətə qarşı” və ya “hökuməti tənqin edən” kimi şərhlər yer alıb.

Qərara etiraz edən bir başqa RTÜK üzvü İlhan Taşçı isə şuranın bu nöqteyi-nəzərlə bütün xəbər saytlarını nəzarət altına alına biləcəyini iddia edib.

Taşçı sosial media hesabında bildirib ki, “RTÜK ilk dəfə beynəlxalq xəbər saytlarına nəzarət etmək səlahiyyətindən istifadə etdi. Səs çoxluğu isə verilən qərarla http://amerikaninsesi.com http://dw.com/tr ve http://tr.euronews.com saytarına lisenziya almaq üçün 72 saat vaxt verildi. Bu zaman ərzində müraciət etməyənlərin saytlarına giriş əngəllənəcək. Milli mətbuatdan sonra indi artıq beynəlxalq xəbər saytlarının da yoxlanılması və susdurulmasının zamanı gəldi. RTÜK-ün ‘saytda video var, lisenziya almalıdır’ düşüncəsi ilə yoxlanılmayacaq heç bir xəbər saytı qalmayacaq! Əsas hədəf mətbuat azadlığı və çoxsəslilikdir. İstədikləri mətbuatın susması, tənqid etməməsidir. RTÜK-e internet üzərindən yayımlara nəzarət etmək səlahiyyətini veren qanun 2019-cu ildə qüvvəyə minib. RTÜK-ün ağlına xarici xəbər sayltarının üç il sonra gəlmesi çox maraqlıdır. Belə görünür, bunun davamı da gələcək.’’

XS
SM
MD
LG