Accessibility links

Rusiyanın Suriyanın şimalında hava hücumu zamanı 3 türk əsgəri həlak olub


Türkiyə ordusunun bildirdiyinə görə, Rusiyanın Suriyanın şimalında hava hücumu zamanı təsadüfən 3 türk əsgəri həlak olub.

Ordu bəyanatında deyilir ki, Rusiyanın hücumu İslam Dövləti yaraqlılarını hədəf alıb.

Bəyanatda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verdiyi bildirilir.

Kreml tərəflərin Suriyda hərbi əməliyyatı gücləndirmək barədə razılıq əldə etdiyini deyir.

Suriyanın 6 ildir davam edən müharibəsində Türkiyə ilə Rusiya rəqib tərəfləri- Moskva prezident Əsəd hökumətini, Ankara isə rəqib döyüşçüləri dəstəkləyir.

Hər iki ölkə bu yaxınlarda Qazaxıstanda Suriyada sülh danışıqlarının baş tutmasına vasitəçilik etmişdi.

Onlar hazırda atəşkəsin monitorinqini həyata keçirməklə yanaşı, münaqişənin siyasi yolla həllinə çalışır.

XS
SM
MD
LG