Cümə axşamı yüzlərlə insan Türkiyənin əsas müxalifət partiyasından olan merin qadağan olunmuş kürd silahlı qruplaşması ilə əlaqəsi olduğu iddiası ilə vəzifəsindən uzaqlaşdırılaraq, həbsinə etiraz etmək üçün İstanbulda toplaşıb.
İstanbulun Esenyurt rayonunun meri və "Cümhuriyyət Xalq Partiyası"nın (CHP) üzvü Əhməd Özər Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğu iddiası ilə çərşənbə günü terrorla mübarizə polisi tərəfindən saxlanılıb.
Türkiyə hökuməti cümə axşamı Özəri İstanbul valisinin müavini ilə əvəzləyib. "Cümhuriyyət Xalq Partiyası"nın lideri Özgür Özəl və digər siyasətçilər bunu "çevriliş" adlandırıb.
Merin həbsi Türkiyənin PKK ilə Türkiyə dövləti arasında on minlərlə insanın ölümünə səbəb olan 40 illik münaqişəyə son qoyulması üçün ilkin sülh prosesini müzakirə etdiyi bir vaxta təsadüf edir.
Hökumətin bələdiyyə binası qarşısında mitinqə qadağa qoymasından sonra nümayişçilər Esenyurtdakı meydana toplaşıb. Bəziləri "Biz təyin olunmuş meri deyil, seçilmiş meri (istəyirik)" sözləri yazılmış plakatlar qaldırıb və prezident Rəcəp Tayyib Ərdoğan hökumətinin istefasını tələb edib.
Kürd tərəfdarı olan "Xalqların Bərabərliyi və Demokratiyası" partiyasının lideri Tülay Hatimoğulları "Bizim fikrimizcə, qanuna zidd fəaliyyət göstərən və konstitusiyanı pozan bu (hökumət) siyasi çevriliş həyata keçirib. Biz bunu heç vaxt qəbul etməyəcəyik" - deyib. Partiya tərəfdarları həmrəylik nümayişi olaraq mitinqə qatılıb.
Bu ilin əvvəlində keçirilən yerli seçkilərdə böyük uğur qazanan "Cümhuriyyət Xalq Partiyası"ndan Özəl növbədənkənar seçkilərə çağırıb.
64 yaşlı Özer keçmiş akademikdir və əslən Türkiyənin şərqindəki Vandandır. O, mart ayında keçirilən yerli seçkilərdə İstanbulun Avropa tərəfində yerləşən Esenyurta mer seçilib.
Dövlət Anadolu xəbər agentliyinin məlumatına görə, İstanbulun Baş Prokurorluğu araşdırma zamanı Özerin 10 ildən çox PKK üzvləri ilə əlaqə saxladığını üzə çıxarıb.
Forum