Accessibility links

Türkiyə parlamenti İraq və Suriyada hərbi əməliyyatlara dair iki təklifi səsə qoymalıdır


Türkiyə Suriya ilə sərhəd bölgəyə tanklar və zirehli maşınlar yerləşdirib.

Parlament isə çümə axşamı günü hökumətin İraq və Suriyada hərbi əməliyyatları sanksiyalaşdırmasına dair iki təklifi səsə qoymalıdır.

Təkliflər prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD əleyhinə bəyanatlarının artıdğı bir vaxt irəli sürülür.

Ərdoğan Türkiyənin ABŞ-ın başçılıq etdiyi koalisya qüvvələrinə qoşulmaq niyyətində olduğunu bildirir.

Türkiyənin Tərəf qəzeti və Əl-Monitor veb səhifəsinin köşə yazarı Semih İdiz deyir ki, hökumətin əməliyyatlara dair fikri ölkədə etirazlarla qarşılanır.

"Müxalifət buna dəstək vermir. İş qalır ictimai dəstəyə. Bunun Türkiyəyə nə demək olacağına dair narahatlıqlar mövcuddur. Digər tərəfdən liderlik nümayiş etdirən Ərdoğan ictimaiyyəti öz tərəfinə çəkə bilər."

Təhlilçilərin fikrincə, Vaşinqtonun NATO müttəfiqi hesab etdiyi, Suriya və İraqla sərhədlərini bölüşən Türkiyənin əməliyyatlarda rolu böyük ola bilərdi. Baxmayaraq ki, Ankara hərbi əməliyyatlardan imtina edir.

İstanbulun Kadir Has Universitetinin xarici əlaqələr üzrə professoru Soli Özel bildirir ki, hərbi əməliyyataları dəstəkləməsi üçün Ərdoğan ictimaiyyəti razı salmaq kimi bir çətinlik qarşısındadır.

"Ümumi əhali sünni müsəlmanların bombalanmasına yaxşı baxmır. Türklər ölkələrinin məsələyə müdaxilə etməsini, müharibəyə qarışmasını istəmir."

Təhlilçi əlavə edir ki, insanları bu müdaxilənin nəticələri qorxudur.

Türkiyə prezidenti dəfələrlə sərhədlərində uçuşlara yasaq zona və ya təhlükəsizlik zonası yaradılmasına çağırıb.

Təhlilçilər hesab edir ki, belə bir zona qaçqın axınına mane ola, amma eyni zamanda Ankaranın motivasiyası ilə bağlı siyasi narazılıqları artıra bilər.

Türkiyə hökumətini ölçülərinin Suriya, İraq və Türkiyədə muxtariyyət uğrunda mübarizə aparan etnik kürdləri gücləndirə biləcəyi qorxudur. Belə ki, kürd döyüşçülər İŞİD-ə qarşı mübarizənin ön cəbhəsində yer alır.

Türkiyənin kürdpərəst partiyası hökuməti Suriyadakı kürdlərə qarşı döyüşən İslam Dövləti ilə əlbir olmaqda günahlandırır. Hökumət isə bu iddiaları rədd edir.

XS
SM
MD
LG