Accessibility links

Türkiyə Finlandiyanın NATO-ya üzvlük iddiasını nəzərdən keçirəcəyini bildirib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi ölkəsinin Finlandiyanın NATO-ya üzvlük iddiasını İsveçdən ayrı nəzərdən keçirəcəyini bildirib. Bundan əvvəl Türkiyə Stokholmda Qurani-Kərimin yandırılmasının Ankarada etirazlara səbəb olmasından sonra hər iki ölkənin müraciətinə veto qoymaqla hədələyirdi.

Türkiyənin xarici işlər naziri Ankarada jurnalistlərə bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ayrı-ayrılıqda qiymətləndirməyə hazırdır.

Mövlud Çavuşoğlu Türkiyənin Finlandiya və İsveçin NATO müraciətlərini ayrı-ayrılıqda qiymətləndirə biləcəyini deyib.

Çavuşoğlu əlavə edib ki, bir ölkənin müraciətinin digərindən daha problemli olduğu nəzərə alınarsa, belə bir yanaşma məntiqlidir. Türkiyə xarici işlər naziri bu şərhlərini prezident Rəcəb Tayyib Ərdoğanın bazar günü Finlandiyanın NATO-ya qoşulmaqda çox da çətinlik çəkməyəcəyini bəyan etməsindən sonra verib.

Ərdoğan Stokholmdan Türkiyənin terrorçu hesab etdiyi 120 nəfərin təhvil verilməsi tələbini bir daha təkrarlayıb.

O, İsveç hökumətini ölkəsinin Türkiyəyə qarşı mübarizə aparan terror təşkilatlarının sığınacağına çevrilməsinə icazə verməkdə ittiham edir. İsveç rəsmiləri ekstradisiya tələblərinin məhkəmələrin işi olduğunu təkid edirlər.

Türkiyə-İsveç münasibətləri yanvar ayında Stokholmda ifrat sağçı etirazçılara Qurani-Kərimi yandırmağa icazə verilməsindən sonra daha da pisləşib.

Helsinkinin Türkiyənin müdafiə sənayesinə ixtisaslaşdırılmış polad satışına icazə verməsindən və Finlandiyanın Ankaraya insan haqları ilə bağlı hərbi embarqosuna son qoymasından sonra Finlandiya-Türkiyə münasibətləri yaxşılaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG