Accessibility links

Türkiyə polisi 28 kürd yaraqlısını həbs edib


Türkiyə polisi fəaliyyəti qadağan olmuş kürd qrupunun altı vilayətdə istinadgahlarında keçirilən reydlərlə əlaqədar 28 nəfərin həbs edildiyini bildirib.

Milli Polis departamentinin bildirdiyinə görə, Kürdüstan icmaları birliyinə qarşı Şanlıurfa, Diyarbəkir, Eskişehir, Mus və Ankarada qarşı reydlər keçirilib.

Bu gün habelə Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şörq bölgəsində təhlükəsizlik qüvvələrilə toqquşma zamanı beş kürd yaraqlısının qətlə yetirildiyi bildirilir. Toqquşma Bitlis vilayətinin Tatvan şəhəri yaxınlığında baş verib.

Ankara rəsmiləri Kürdüstan icmaları birliyinə fəaliyyəti qadağan olmuş PKK-nın siyasi qanadı kimi baxır.

XS
SM
MD
LG