Accessibility links

İstanbul partlayışı zamanı həlak olan 5 nəfərdən 2-si amerikalıdır


Ağ Evin bildirdiyinə görə, dünən İstanbul partlayışı zamanı həlak olan 5 nəfər arasında 2-si amerikalı olub. 36 nəfərin yaralanması ilə nəticələnən hücum 2 israilli və 1 iranlının həyatına son qoyub.

Hücum bu il ərzində Türkiyədə həyata keçirilən 4-cü kamikadze hücumudur.

Türkiyənin daxili işlər naziri Efkan Ala hücumun Türkiyə vətəndaşı Mehmet Öztürk tərəfindən həyata keçirildiyini bildirib. Nazir hücumçunun partlayış zamanı həlak olduğunu deyib.

Onun İslam Dövləti yaraqlısı olduğu bildirilib. Hadisə ilə bağlı 5 nəfər nəzarət altına alınıb.

İddialara görə, terrorçuların hədəfi xarici turistlər olub. Partlayış məhz xarici turistlərin çox olduğu ərazidə törədilib. Belə ki, yaralı 38 nəfərdən 12-nin xarici vətəndaş olduğu bildirilir.


Ağ Evin sözçüsü Ned Prays ABŞ-ın hücumu qınadığını və terrorizmlə mübarizədə Türkiyə ilə yaxından əməkdaşlıq edəcəyini bildirib.
Hücumun məsuliyyətini üzərinə alan olmayıb.
İlkin məlumata əsasən, hadisədə PKK terror təşkilatının əli var.

XS
SM
MD
LG