Accessibility links

Türkiyə Qəzzada atəşkəs əldə olunana qədər İsrailə ticarət məhdudiyyətləri qoyur


İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda Böyük Britaniya qüvvələri Qəzza zolağının şimalında mülki şəxslərə havadan ərzaq yardımı edir, 1 aprel 2024.
İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda Böyük Britaniya qüvvələri Qəzza zolağının şimalında mülki şəxslərə havadan ərzaq yardımı edir, 1 aprel 2024.

Türkiyənin çərşənbə axşamı bildirdiyinə görə, İsrail Qəzzada atəşkəs elan edənə qədər İsrailə bir sıra məhsullara təsir edən ticarət məhdudiyyətləri tətbiq edir.

Məhdudiyyətlərə dəmir, polad, sement, aviasiya yanacağı və gübrə daxil olmaqla, 54 kateqoriya üzrə ticarət malları daxildir.

Bu addım İsrailin Türkiyənin Qəzzaya havadan yardım göndərilməsi ilə bağlı xahişini rədd etməsindən bir gün sonra atılıb. Bir çox ölkələr humanitar təşkilatların çox ehtiyac duyulan yardımın quru keçidlər vasitəsilə çatdırılması üçün adekvat çıxışın olmadığı kimi qiymətləndirdiyi durumda havadan yardım çatdırılmasını həyata keçirib.

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyəyə qarşı paralel tədbirlər görəcəyini vəd edərək, İsrailin "zorakılıq və şantaja" cavab verməyəcəyini bildirib.

Katz X sosial media platformasında yazıb ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan "Qəzzada HƏMAS qatillərinə verdiyi dəstək naminə Türkiyə xalqının iqtisadi maraqlarını qurban verir".

Qahirədə ABŞ, İsrail, HƏMAS və Qətər rəsmilərinin iştirak etdiyi atəşkəs danışıqlarından sonra HƏMAS silahlı qruplaşması Qəzzada saxlanılan girovların azad edilməsi ilə yanaşı döyüşlərin dayandırılması ilə bağlı son təklifi nəzərdən keçirirdi.

Təklifdə altı həftəlik atəşkəs, Qəzzadakı girovlardan bəzilərinin azad edilməsi, İsrailin yüzlərlə fələstinli məhbusu azad etməsi, Qəzzaya gələn humanitar yardımların artırılması və köçkün fələstinlilərin Qəzza zolağının şimal bölgəsinə qaytarılması nəzərdə tutulur.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi Qahirə danışıqları ilə bağlı ətraflı hesabat aldığını bildirib.

"Biz davamlı olaraq məqsədlərimizə çatmaq, ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmağa çalışırıq. Bu qələbə Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonların məhv edilməsini tələb edir. Bu, baş verəcək. Bunun tarixi var," Netanyahu bildirib.

ABŞ dərhal Netanyahunu qınayıb. Pentaqonun sözçüsü deyib ki, "biz çox açıq şəkildə bildirdik ki, Rəfah əməliyyatlarını dəstəkləmirik" .

Ağ Ev danışıqları "ciddi" kimi qiymətləndirib.

"Təkliflər HƏMAS-a təqdim olunub və onun cavabını gözləyirik. İndi buna nail olmaq HƏMAS-dan asılıdır," Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə deyib.

Müharibənin uzadılması təhlükəsi fonunda atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar ABŞ prezidenti Co Baydenin Netanyahuya ABŞ-ın İsrailin müharibə səylərinə dəstəyində dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra başlayıb.

Bayden İsraildən aclıqdan əziyyət çəkən fələstinlilərə yardım etmək üçün mühasirədə olan müharibə zonasına daha çox humanitar yardımın çatdırılmasına dərhal icazə verməsini və danışıqlarda iştirak edən müzakirəçilərə dərhal atəşkəsə nail olmaq üçün səlahiyyət verməsini tələb edib.

Forum

XS
SM
MD
LG