İstanbulun Sultanəhməd meydanındakı terror hücumundn sonra Türkiyədə İŞİD əleyhinə kampaniyaya start verilib. 8 vilayətdə keçirilən əməliyyatlar zamanı İslam Dövləti ilə əlaqəsi olduğundan şübhələnilən onlarla insan nəzarət altına alınıb. İŞİD isə hələ ki, hücumun məsuliyyətini üzərinə almayıb.
Türkiyədə hücumun məhz İŞİD-in törətdiyinə dair əminlik hökm sürür. Baş nazir Əhməd Davutoğlunun hücumçunun İslam Dövlətinin üzvü olduğunu deməsindən sonra hökumətə yaxın qəzetlər intiharçının Səudiyyə Ərəbistanda doğulan 1988-ci il təvəllüdlü Suriya vətəndaşı olduğunu yazıb.
11 nəfərin həyatını itirdiyi hücumdan 24 saat sonra Ankara, İzmir, Antaliya, Kilis, Şanlıurfa, Konya, Mersin və Adanada 73 nəfər saxlanılıb.
İŞİD-in Ankarada hökumət binalarına hücum planları
Anadolu agentliyi Təhlükəsizlik İdarəsinin Kəşfiyyat şöbəsinə istinadən 1-i türk olmaqla, 16 şübhəlinin hökumət binalarına qarşı hücumlar hazırladığına dair məlumat yayıb. Ələ keçirilən həmin şəxslərin 15-i suriyalı olduğu üçün xarici vətəndaşlar şəbəsinə təslim edilib, Türkiyə vətəndaşı olan şəxs isə həbs edilib.
İzmirin Terrorizmlə Mübarizə İdarəsi İŞİD-lə əlaqəsi olan 6 nəfəri müxtəlif yerlərdə ələ keçirib və çox sayda silah və sənəd müsadirə edib.
Kilisdə həyata keçirilən əməliyyat zamanı Suriyadan Türkiyəyə qanunsuz şəkildə keçən 2-i uşaq olmaqla, 4 nəfər yaxalanıb. 2 nəfər nəzarət altına alınıb, uşaqlar ailələrinə geri qaytarılıb.
Mersin ve Konyada 7 nəfər tutulub
Şanlıurfa əməliyyaları zamanı Türkiyədə hücumlara hazırlıq keçən 21 nəfər nəzarət altına alınıb. Mersin, Adana ve Antaliyada saxlanılan 26 nəfərdən 3-ü həbs edilib, 6-sı sərbəst buraxılıb. 17 nəfərin isə dindirilməsi davam etdirilir.
Antaliyada saxlanılanların 3-ü rus olub. Konyada 4 şübhəli İŞİD-ı işçi və materialla təmin etmə ittihamı ilə nəzarət altına alınıb.