Accessibility links

Ergenekon məhkəməsi demokratiyanın yeni erası, yoxsa bir avtoritar rejimin digərinə keçididir?


Türkiyədə çevriliş cəhdi ilə ittiham edilən hərbçilərin məhkəmə işi həm daxildən, həm də xaricdən tənqidlərlə üzləşib. Bu ayın əvvəllərində polis

İstanbul yaxınlığındakı Silivri həbsxanasının məhkəmə zalı qarşısında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Həmin məhkəmədə Ergenekon konspirasiyasının iştirakçıları mühakimə edilirdi.

Məhkəmənin başlanğıcı tarixi bir an hesab edilirdi. Belə ki, dünyəvi ordunun yüksək rütbəli nümayəndələri dini köklərə malik olan hakimiyyətə qarşı cevrilişdə ittiham edilirdi. 5 il sonra isə bu prosesə ordudan kənar 250 adam cəlb edilib. Onlar arasında parlament üzvləri, jurnalistlər və ziyalılar yer alır.

Bedri Baykam müxalif Xalq Cümhuriyyəti Partiyasının üzvüdür, Məhkəmə prosesi əleyhinə kampaniya aparan bu partiya prosesin nəzarətdən çıxdığını deyir."Onlara qarşı əsaslı dəlil, sübut yoxdur. Lakin onlar ailələri, işlərinə həsrət qalıb. Həyatlarının ən produktiv 5-6 ilini itiriblər. Dünya ictimaiyyəti “görmürəm, eşitmirəm, danışmıram” deyən meymunların roluna girib."

Lakin beynəlxalq ictimaiyyət danışmağa başlayıb. ABŞ Dövlət Departamentinin insan hüquqlarının vəziyyətinə dair illik hesabatında müttəhimlərin ittihamsız həbsdə saxlandığından şikayətlənir. Nyu-Yorkda yerləşən Human Rights Watch da tənqidlərini və müttəhimlərin taleyi barədə narahatlıqlarını dilə gətirib.

Türkiyənin “Today's Zaman” qəzetinin siyasi köşə yazarı Lalə Kemal deyir ki, istintaqın uzadılmasına diqqət yetirilməsinə ehtiyac var. Lakin onun dediyinə görə, Ergenekonun məhkəmə prosesi Türkiyənin demokratiyasında mühüm rol oynayır. "Əgər həqiqətən də sabitlik və demokratiyanın qorunmasını istəyiriksə, ölkəmizin qanunsuz dərin dövlətçilik elementlərini aradan qaldırmalıyıq. Ordunun siyasətə qarışmasına yol verməmək parlament, vətəndaş cəmiyyətini və hökumətin vəzifəsidir."

Türkiyə ordunun siyasətdə rol oynaması 1960-ci illərdən başlayıb. Ordu seçkilər yolu ilə hakimiyyətə gələn 4 hökuməti vəzifəsini tərk etməyə məcbur edib.

Kadri Gürsel “Milliyet” qəzetinin köşə yazarıdır. O deyir ki, məhkəmənin məqsədinin təqdirəlayiq hesab edilməsi ölkə üçün itirilmiş imkanlar deməkdir. "Bəzi qruplar bunu çevriliş kimi qiymətləndirir.Lakin məhkəmə indi ideoloji mübarizəyə çevrilib. Hökumətin əleyhinə olan bütün zümrələr bura daxil edilib. Ədliyyə sistemi məhkəməni siyasiləşdirir. Bu kimi məhkəmələr üzərində demokratiya qurmaq olmaz.”

Hökumət isə mühakimənin müstəqilliyini iddia edir. Türkiyənin Konstitusiya Məhkəməsinin baş hakimi Haşim Kılıc etirazların ədliyyənin siyasiləşdirilməsinin qınanılmasına sübut olduğunu deyir.

Müşahidəçilə isə Ergenekon məhkəməsinin demokratiyanın yeni erası və ya bir avtoritar rejimin digərinə keçidi olub-olmayacağını nümayiş etdirəcəyini bildirir.
XS
SM
MD
LG