Accessibility links

Türkiyə müxalifəti yerli seçkilərdə böyük qələbə əldə edib


Türkiyənin əsas müxalifət partiyası bazar günü keçirilən yerli seçkilərdə böyük şəhərlər üzərində nəzarəti saxlayıb, başqa yerlərdə böyük qazanclar əldə edib. Bu, həmin şəhər ərazilərinə nəzarəti yenidən ələ keçirməyi hədəfləyən prezident Rəcəp Tayyib Ərdoğanı ciddi narahat edib.

Dövlət Anadolu agentliyinin məlumatına görə, seçki qutularının 90%-dən çoxunun hesablanmasından sonra Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi olan İstanbulun meri, Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu böyük fərqlə irəlidə olub.

Nəticələrə görə, paytaxt Ankaranın meri Mansur Yavaş 25 xal fərqlə rəqibinə qalib gələrək, öz yerini qoruyub saxlaya bilib.

Ümumilikdə Cümhuriyyət Xalq Partiyası Türkiyənin 81 vilayətindən 36-nın bələdiyyəsini qazanaraq, Ərdoğan partiyasının bir çox dayaq nöqtələrində qələbə əldə edib. O, ölkə üzrə səslərin 37%-ni, prezidentin partiyası isə 36%-ni qazanıb və bu, Ərdoğanın iyirmi il əvvəl hakimiyyətə gəlişindən bəri Cümhuriyyət Xalq Partiyasının ən böyük seçki qələbəsidir.

Ərdoğan prezident sarayının eyvanından etdiyi çıxışda partiyasının bütün Türkiyə boyu “yüksəkliyini itirməsi” ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, xalq bununla onun partiyasına "cəsarətli" bir "mesaj" verib və partiyasının bunu "təhlil edəcəyinə" söz verib.

"Təəssüf ki, mayın 28-də keçirilən seçkilərdə qələbəmizdən 9 ay sonra yerli seçkilərdə istədiyimiz nəticəni əldə edə bilmədik" - deyə, Ərdoğan bildirib.

O, "Səhvlərimizi və çatışmazlıqlarımızı düzəldəcəyik" - deyə, əlavə edib.

O, keçən il inflyasiya ilə mübarizə aparmağa yönəlmiş iqtisadi proqramla irəliləyəcəyini vəd edib.

Forum

XS
SM
MD
LG