Accessibility links

Türkiyənin apellyasiya məhkəməsi Osman Kavalaya çıxarılan həbs hökmünü qüvvədə saxlayıb


Osman Kavala
Osman Kavala

Çərşənbə günü Türkiyənin apellyasiya məhkəməsi prezident Rəcəp Tayyib Ərdoğanın əsas tənqidçilərindən birinin həbs hökmünü qüvvədə saxlaması Ankaranın Qərblə münasibətlərindəki gərginliyi daha da artırıb.

Parisdə anadan olmuş fəal və xeyriyyəçi Osman Kavala 2013-cü ildə küçə etirazlarını maliyyələşdirmə və hökuməti devirməyə cəhd ittihamı ilə aprel ayında şərti azadlığa buraxılmadan ömürlük həbs cəzasına məhkum edilib.

İstanbulda "Gəzi Parkı yürüşü" adlandırılan aksiyalar zamanı o zaman baş nazir olan Ərdoğan hökumətini devirmək cəhdinə yardım etməkdə ittiham olunan digər 7 nəfərdən hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib.

Anadolu dövlət xəbər agentliyinin bildirdiyinə görə, apellyasiya məhkəməsi aprel hökmünün "qanuna uyğun" olduğuna qərar verib.

Müdafiə edən tərəf Türkiyənin Ali Məhkəməsinə şikayət verə bilər.

Kavalanın illərdir davam edən məhkəməsi və 2017-ci ilin oktyabrında gözlənilmədən həbs olunmasından sonra NATO üzvü Türkiyənin əsas Qərb müttəfiqləri ilə əlaqələrini gərginləşdirib.

Kavala əvvəllər sərvətinin bir hissəsini Türkiyə ilə Ermənistanı barışdırmağa yönəlmiş mədəni əlaqələr və layihələrə xərcləyən iş adamı kimi tanınırdı.

Lakin Ərdoğan onu dövləti devirmək üçün xarici pullardan istifadə edən Macarıstan əsilli ABŞ milyarderi Corc Sorosun agenti kimi təsvir edib.

Kavala ilk dəfə 2013-cü ildə etirazlar dalğasını maliyyələşdirməkdə ittiham edilib. Bəzi analitiklər bunu Ərdoğanın 20 illik hakimiyyətinin ikinci yarısında daha avtoritar mövqe tutmasının mənşəyi kimi qiymətləndirib.

XS
SM
MD
LG