Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyənin Moskva qoşunlarının işğal etdiyi Ukraynanın Zaporijjya atom elektrik stansiyası üzərindəki qarşıdurmada vasitəçilik edə bilər.
“Prezident Ərdoğan bildirib ki, Türkiyə taxın sövdələşməsində olduğu kimi, Zaporijye atom elektrik stansiyasında da vasitəçi rolunu oynaya bilər,” Ərdoğanın ofisi bəyanatında bildirib. İyul ayında Rusiya ilə Ukrayna arasında BMT və Türkiyənin vasitəçiliyi ilə taxıl ixracı ilə bağlı sövdələşmə imzalanıb.
Ərdoğan ötən ay Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar üçün Ukraynanı ziyarət edəndən sonra nüvə fəlakəti təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi.
“Biz narahatıq. Biz bir başqa Çernobıl istəmirik,” Erdoğan demişdi.
Avropanın ən böyük atom enerjisi stansiyası olan Zaporijya stansiyasında vəziyyət beynəlxalq ictimaiyyət üçün əsas narahatlıq mənbəyi olaraq qalır. Rusiya və Ukrayna qüvvələri bir-birilərini stansiyaya atəş açmaqda ittiham edib və bu, mümkün nüvə fəlakəti ilə bağlı narahatlıqlara səbəb olub.
Bu həftə Ukraynanın cənubunda stansiyanı ziyarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi obyektin “fiziki bütövlüyü” ilə bağlı narahatlığını ifadə edib.
Türkiyənin həm Rusiya həm Ukrayna ilə yaxın münasibət saxlayır. Kyivi dronlarla təmin edib, Qərbin Ukraynadakı müharibə səbəbilə Moskvaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib.
Ərdoğan Zelenski ilə görüşmədən öncə ikitərəfli iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Soçidə Putinlə görüşüb.
Sentyabrın 3-də baş tutan telefon danışığı zamanı Ərdoğan və Putin sentyabrın 15-16-də Özbəyistanın Səmərkənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlavə danışıq aparmaq üzərində razılaşıb. Bu barədə Türkiyə prezidentinin ofisindən məlumat verilib.