Accessibility links

Türkiyə Balkanlarda siyasi sabitliyə çalışır


Türkiyə regional təhlükəsizliyi gücləndirmək məqsədilə Balkan ölkələrilə birgə işləmək haqda vədini bir daha təkrar edib

Türkiyə regional təhlükəsizliyi gücləndirmək məqsədilə Balkan ölkələrilə birgə işləmək haqda vədini bir daha təkrar edib.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bu açıqlamanı bu gün İstanbulda cənubi-şərqi Avropa ölkələrinin sammitində verib. Türkiyə mətbuatı ona istinadən xəbər verib ki, konfrans Bosniya-Herseqovinanın üçtərəfli hökumətinin islahatlar aparmasına yardım etmək məqsədilə keçirilib. Davutoğlu deyib ki, Bosniyada sabitlik Balkanlar və bütün Avropa üçün əhəmiyyət daşıyır. Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, Kosovonun beynəlxalq ictimaiyyətə inteqrasiyası bütün regionun sabitliyi üçün çox vacibdir.

Istanbulda keçirilən iki günlük sammitdə 11 ölkənin dövlət başçısı, Avropa Birliyi, BMT və ATƏT-in nümayəndələri, həmçinin iqtisadi məsələlər üzrə ekspertlər iştirak edir.

XS
SM
MD
LG