Accessibility links

Namik Tan: 'Ermənistanla münasibətlərin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır'


Namik Tan: 'Ermənistanla münasibətlərin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır'
Namik Tan: 'Ermənistanla münasibətlərin yaxşılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır'

Namik Tan: 'Burada ciddi vəziyyətlə qarşılaşmışıq. Bununla Azərbaycan torpaqlarının işğalını nəzərdə tuturam. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu, qəbuledilməzdir.'

Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Vaşinqtonda Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar mərkəzində Türkiyənin xarici siyasət kursuna dair məruzə edib. Cənab Tan Türkiyənin Avropa İttifaqına üzvlüyü, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli kimi bir sıra geniş məsələləri şərh edib. Səfir Tan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Minsk qrupunun səylərini dəstəklədiyini bildirib.

“Burada ciddi vəziyyətlə qarşılaşmışıq. Bununla Azərbaycan torpaqlarının işğalını nəzərdə tuturam. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu, qəbuledilməzdir. Problemin əsas hissəsi bununla bağlıdır. Biz Minsk qrupunun səylərini dəstəkləyirik. Qrupa daxil olan üzv ölkələr məsələ ilə ciddi məşğul olur. Keçən həftə bizim xarici işlər nazirinin yardımçısı Vaşinqtonda idi və o da məsələni müzakirə edib və fikir mübadiləsi aparıb. Münaqişə regionda ümumilikdə vəziyyətə təsir edir, region ölkələrinin bölgədə tərəqqi yolunda səylərinə mane olur. Münaqişənin tez zamanda həllini tapmalı olduğuna inanıram.”

Türkiyə səfiri Ermənistanla münasibətlərə də toxunaraq deyib ki, iki ölkə arasında problemlərin həlli Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından sonra daha asan ola bilər.

“Bu məsələlər bir-bir ilə bağlıdır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli yolu tapıldıqdan sonra bizim də Ermənistanla problemlərin həlli istiqamətində səylərimizi gücləndirməyimiz daha asan ola bilər.”-deyə o bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG