Accessibility links

Misir analoqu - Ərdoğanın taktiki kartı [Təhlil]


Tükiyənin baş naziri Rəcəb Tayib Ərdoğan seçkiqabağı kampaniyalarda əsasən ordu tərəfindən Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən danışır. O, Türkiyədə də hökumətin eyni əqibətlə üzləşə biləcəyini iddia edir. “Bu gün Misir, sabah Türkiyə. Çünki onlar regionda güclü Türkiyə istəmirlər.”

Baş nazir bu çıxışını cari ayın əvvəlində Bursada edib.

Türkiyənin hakim Ədalər və İnkişaf Partiyası-AKP siyasi islam köklərinə və Misirin Müsəlman Qardaşları ilə yaxın əlaqələrə malikdir.

Gezi tipli nümayişlərə cavab kəskin olacaq
Təhlilçi Sinan Ülgenin fikrincə,Misir prezidentinin devrilməsi Ərdoğana ciddi təsir göstərib."Türkiyədə AKP ilə ordu arasındakı münaqişə, ordunun siyasi nüfuzu Ərdoğanda demokratik yolla seçilmiş hökumətin də devrilə biləcəyi təsəvvürünü yaradıb."

Ərdoğan Mursinin devrilməsinin xarici konspirasiyanın nəticəsi olduğunu dəfələrlə söyləyib. Türkiyənin baş naziri Gezi parkı etirazlarının da arxasında xarici konspirasiyanın durduğundan əminliyini dilə gətirib.

Türkiyənin “Tərəf” qəzetinin köşə yazarı Semih İdiz deyir ki,Türkiyə mühüm bir seçki dönəmini yaşayır, konspirasiya kartı ilə oynamaq Ərdoğanın taktiki bir addım ola bilər. "O, seçicilərini partiya daxilində parçalanma olmadığını göstərməklə əldə saxlaya bilər. Onlara bizə qarşı konspirasiya mövcuddur deməklə, bütövlüyü qoruya bilər."

Demokratiya adı altında kütləvi etirazlar Misir prezidentinin devrilməsinə zəmin yaratdı. İstanbulun Kadir Has Universitetinin beynəlxalq əlaqərlər üzrə professoru Soli Özelin dediyinə görə, Ərdoğan üçün hər bir etiraz aksiyası hakimiyyətinə birbaşa hədədir.

"Gezi tipli nümayişlərə cavab kəskin olacaq. Bütün bunlara Misir analoqundan sonra legitimlik mahiyyəti verilir."

Türkiyə hökuməti artıq siyasi şüarlarla bağlı qərar qəbul edib. Onlar ictimai yerlər və idman tədbirlərində yasaqlanıb. Hökumət nümayişçilərə qarşı anti-terrorizm qanunlarından istifadə ediləcəyinə dair xəbərdarlıq yayıb.

Təhlilçilər deyir ki, bütün bu təhdidlərə baxmayaraq, narazılıqlar hər zaman baş qaldıra bilər.
XS
SM
MD
LG