Accessibility links

Tunisdə intiharçı hücumları həyata keçirilib


Tunis rəsmiləri bir polis işçisinin ölümünə, polis zabiti də daxil olmaqla, azı yeddi nəfərin yaralanmasına səbəb olan iki intiharçı bomba hücumunda kimlərin məsuliyyət daşıdığını aşkar etməyə çalşır.

Bir polis işçisinin ölümünə, bir polis işçisi və üç mülki vətəndaşın yaralanmasına səbəb olan hücum Tunisin Fransa səfirliyinin yerləşdiyi mərkəzi bölgəsində cümə axşami həyata keçirilib.

Bundan bir neçə dəqiqə sonra isə ikinci intiharçı özünü Əl-Qarjanı rayonunun polis məntəqəsi yaxınlığında partladıb. Orada isə dörd polis zabiti yaralanıb.

Tunis 2011-ci ildə prezident Zina Əl-Abidin Bin Əlinin devrilməsindən sonra militant və intiharçı hücumları ilə üzləşir.

2015-ci ildən bəri isə ölkədə fövqəladə vəziyyət qüvvədədir.

XS
SM
MD
LG