Accessibility links

Tunisdə etirazlar davam edir


Dünyəvi müxalifət lideri Çokri Bilaidin dəfn mərasimində toplaşan on minlərlə qəzəbli tunisli ilə polis ararsında qarşıdurma olub.

Onlar üstüaçıq hərbi avtomobildə qırmızı-ağ Tunis bayrağına bükülmüş Bilaidin tabutunun ətrafında islam əleyhinə şüarlar səsləndiriblər.

Polis dəfn mərasiminin baş tutması üçün insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar əllərində mərhumun portretini daşıyaraq “Bilaid, ruhun şad olsun, biz mübarizəni davam etdirəcəyik” şüarları səsləndirib.

Bəziləri isə hakim islamçı Ennahda partiyasının lideri Raçid Qhannouçinin əleyhinə “Qhannouçi, qatil, cinəyətkar” kimi şüarlar səsləndirib.

Bilaid çərşənbə günü Tunisdəki evini tərk edərkən öldürülüb. Hücumçu motosikletlə cinayət yerindən qaçmağa nail olub. Bir neçə saat sonra ölkədə başlayan etirazlar bu günə qədər davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG