Accessibility links

Donald Tramp Çin prezidentini qəbul edəcək


Prezident Donald Tramp çərşənbə və cümə günləri Çin Prezidenti Hi Tsinpinqi Floridada, ABŞ liderlərinin Mar-a-Lago istirahət mərkəzində qonaq edəcək.

İki günlük sammit sözsüz Şimali Koreya və onun nüvə silahı barədə müzakirələri əhatə edəcək. Çinin yaxın zamanlarda kömür idxalını dayandırması da daxil olmaqla, təhdid və sanksiyalar Pxenyanın nüvə ilə silahlanmış qüvvə olması istəyinin qarşısını ala bilməyib.

Tramp "Çin Şimali Koreyanın problemini həll etməyəcək, bunu biz edəcəyik” deyib.

Tramp Londonda dərc edilən “Financial Times”qəzetinə “Çinin Şimali Koreyaya təsiri böyükdür və Çin ya bizə Şimali Koreya məsələsində yardım etməyə qərar verəcək, ya da etməyəcək. Və əgər onlar bunu etməsə, bu heç kim üçün yaxşı olmayacaq”, deyib.

ABŞ ekspertləri Şimali Koreyanın altıncı nüvə sınağı həyata keçirməyi planlaşdırdığını deyib. Tokio fevralda Şimali Koreyanın Yapon Dənizi üzərindən balisstik raket sınağını “dözülməz” adlandırıb.

XS
SM
MD
LG