Accessibility links

Tramp deyir ki, Rusiya-Ukrayna sülh danışıqlarının vaxtı çatıb


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenskidən Ukraynanın Rusiyanın Ukraynaya qarşı üç ildir davam edən müharibəsinə son qoyulmasını müzakirə etmək üçün danışıqlar masasına oturmağa hazır olduğu bildirilən məktub aldığını açıqlayıb.

“Bu gözəl olmazdımı? Bu çılğınlığı dayandırmağın vaxtıdır. Qətlləri dayandırmağın vaxtıdır. Bu əhəmiyyətsiz müharibəyə son qoymağın vaxtıdır. Əgər döyüşlərə son qoymaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, Tramp ABŞ Konqresinə müraciətində bildirib.

Onun məktubla bağlı açıqlamaları Zelenskinin bir gün əvvəl sosial mediada yazdıqları ilə üst-üstə düşür. Zelenski Ukraynanın “ən qıza zamanda” danışıqlara hazır olduğunu və sülh razılaşmasına nail olmaq üçün Trampın “güclü rəhbərliyi” altında “işləyəcəyini” bildirib.

Milli Təhlükəsizlik müşaviri Mayk Volts çərşənbə günü bildirib ki, sülh danışıqları başlasa və etimadın möhkəmləndirilməsi tədbirləri görülərsə, prezident Donald Tramp Ukraynaya yardımın bərpasını nəzərdən keçirəcək.

Bazar ertəsi prezident Tramp Ukraynaya hərbi yardımı dayandırıb.

Volts Zelenskinin Trampa göndərdiyi məktubun "yaxşı, müsbət ilk addım" olduğunu deyib. Onun sözlərinə görə, rəsmilər danışıqların tarixini və yerini, həmçinin danışıqlar qrupunun tərkibini müzakirə edirlər.

“Biz artıq etimadın möhkəmləndirilməsi tədbirlərindən danışırıq, sonra onları Rusiya tərəfinə ötürəcəyik və onların (Rusiya tərəfinin) danışıqlara hazırlığını yoxlayacağıq”, o, Fox News kanalında çıxışı zamanı deyib.

Zelenski keçən cümə günü Ağ Evdə Trampla gərgin görüşünün “təəssüf doğurduğunu” və ABŞ-a Ukraynanın Amerika texnoloji məhsullarının istehsalı üçün lazım olan nadir torpaq minerallarına əhəmiyyətli uzunmüddətli hüquqlar verəcək sazişi imzalamağa hazır olduğunu deyib.

X sosial platformasında yazdığı açıqlamasında Ukrayna lideri Tramp və vitse-prezident JD Vansla müzakirələrinin “gözlənilən kimi getmədiyini, işləri yoluna qoymağın zamanı gəldiyini” deyib. “Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun”, Zelenski bildirib.

Forum

XS
SM
MD
LG