Accessibility links

Çox güman ki, Tramp debatda iştirak etmədiyi halda belə rəqiblərindən öndə gedəcək


Sabiq prezident Donald Trampın tərəfdarları Fiserv Forumun önündə yürüş edir. 22 avqust, 2023. Milvoki, Viskonsin.
Sabiq prezident Donald Trampın tərəfdarları Fiserv Forumun önündə yürüş edir. 22 avqust, 2023. Milvoki, Viskonsin.

ABŞ prezidentliyinə Respublikaçı namizədlər çərşənbə günü gələn il keçiriləcək prezident seçkisindən öncə ilk debatlarını keçiriblər. Ancaq sabiq Prezident Donald Tramp rəqiblərindən çox öndə olduğuna görə, onlarla debat aparmağa ehtiyacının olmadığını irəli sürərək, tədbirdə iştirak etməyib.

Viskonsin ştatının Milvoki şəhərində Fiserv Forumunda keçirilən debatda iştirak etməyə doqquz namizəd haqq qazanıb. Lakin ölkə boyu 2024-cü il prezident seçkisinə Respublikaçı namizədlər arasında dəstək üstünlüyünə malik Tramp digər Respublikaçılarla 2 saatlıq debatdan heç bir şey qazanmayacağına qərar verib.

Tramp 2021-ci ildə başa çatan prezidentliyi dövründə, ondan öncə və sonra etdiyi əməllərə görə 91 ittihamı əhatə edən dörd cinayət işi üzrə ittiham olunub. O, cümə axşamı dələduzluq və 2020-ci il seçkisində məğlubiyyətini dəyişməyə cəhd etmək məqsədilə seçkiyə müdaxilə etməkdə ittiham olunduğu dördüncü cinayət işi ilə əlaqədar Corciya ştatının Atlanta şəhərində məhkəməyə təslim olacaq.

ABŞ prezidentliyinə Respublikaçı namizədlər.
ABŞ prezidentliyinə Respublikaçı namizədlər.

Ancaq o, prezidentliyə Respublikaçı namizədlər arasında ən yaxın rəqibi olan Florida qubernatoru Ron de Santisdən 40 faiz öndə gedir. Bütün digər Respublikaçı rəqiblərinin hər biri isə rəy sorğularında 10 faizdən az səs qazanıb.

Tramp onlarla debat aparmaq əvəzinə, Respublikaçı namizədlər seçicilərə onun əsas rəqiibi olmalı olduqlarını göstərməyə cəhd etdiyi bir vaxt, siyasi şərhçi Taker Karlsonla öncədən çəkilən müsahibəsini paylaşıb.

Trampın iştirakı olmadan Fox News xəbər kanalındak debatı izləyən seçicilərin sayı milyonlarla az ola bilər. Ancaq yenidən prezidentliyə namizəd olan və çox güman ki, 2024-cü ilin nyabrında keçirilən seçkid Tramp və ya başqa bir Respublikaçının rəqibi olacaq Demokrat Prezident Co Bayden müxbirlərə “Bəli, mən bacardığım qədər izləməyə çalışacam” deyib .

Gözləntiləri ilə bağlı suala cavab olaraq isə Bayden gülərək “Heç bir gözləntim yoxdur” deyib.

Respublikaçı namizədlərdən çox azı Trampı açıq tənqid edib. Nyu Cersi ştatının keçmiş qubernatoru Kris Kristi və müəyyən mənada Arkanzasın keçmiş qubernatoru Asa Hatçinson isə istisnadır.

Ron DeSantis.
Ron DeSantis.

DeSantis və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli kimi digərləri isə daha ölçülü tədbirlər görərək, Trampa sadiq qalan partiya seçicilərini sabiq prezidentin sağçı “Amerikanı Yenidən Möhtəşəm Et” agendasını onun hüquqi yükü və digər mübahisələri olmadan həyata keçirə biləcəklərinə inandırmağa ümid bəsləyir.

Respublikaçı namizədlər arasında Trampın keçmiş vitse-prezidenti Mayk Pens var ki, o, Trampın istəyinə qarşı çıxaraq 2020-ci il seçkilərinin nəticələrini formal olaraq təsdiqləməsini müdafiə edir. O, potensial Respublikaçı seçicilər arasında keçirilən əksər rəy sorğularında hələ də az dəstək toplayır.

Pens, Kristi, DeSantis, Heyli və Hatçinsondan əlavə debatda iştirak etməyə kvalifikasiya olanlar arasında Ohayodan texnologiya biznemeni Vivek Ramasvami, Cənubi Karolina Senatoru Tim Skott və Şimali Dakota qubernatoru Doq Burqum var.

Kris Kristi.
Kris Kristi.

Tramp bazar günü Truth Social adlı sosial media platformasında yazıb ki, rəy soröularında əldə etdiyi böyük dəstək və prezidentliyi dövründəki məlum nailiyyətlərini nəzərə alaraq “MƏN DEBATLARDA İŞTİRAK ETMƏYƏCƏM.”

Trampın gələn ay Kaliforniyada keçiriləncək debat daxil olmaqla ilk iki debata istinad etdiyi və seçki kampaniyasının növbəti mərhələlərində səhnədə Respublikaçı rəqibləri ilə qarşılaşmağa hazır olduğuna dair ehtimalı açıq saxladığı güman edilir.

Tramp həmçinin deyib ki, o, praymerinə məğlub olanları yekun namizədi dəstəkləməyə çağıran Respublikaçıların Milli Komitəsinin “sadiqlik öhdəliyini” imzalamayacaq ki, bu da Mivoki debatında iştirak etmək üçün tələblərdən biridir.

Mayk Pens
Mayk Pens

Virciniyada yerləşən Meri Vaşinqton Universitetinin siyasi elm professoru Stefen Farnsvort deyib ki, debat “digər Respublikaçılar üçün çox çox çətin bir mühit yaradır, çünki onların iqtisadiyyat və ya Ukrayna ya da immiqrasiya kimi məsələlərlə əlaqədar etmək istədikləri şeylərlə bağlı ideyaları var. Amma bu o demək deyil ki, onların bunlar haqda danışmağa imkanı olacaq. Onlara Donald Trampla bağlı suallar veriləcək.”

Bu debat Tramp üçün çox əhməiyyətli olmayacaq – o, nə baş verməsindən asılı olmayaraq, yenə də öndə olacaq. Ancaq digərləri üçün pis və ya yaxşı viral anlar ola bilər ki, bu da onların rəy sorğularındakı dəstəklərinə əhəmiyyətli təsir göstərə bilər.

Forum

XS
SM
MD
LG