Accessibility links

“True Treats” - Amerikanın tarixi qənnadı mallar mağazası [Video]


“True Treats” - Amerikanın yeganə tarixi qənnadı məmulatları mağazası
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Sevgililər Günü adətən insanlar bir-birinə açıqçalar, çiçək dəstələri və ya hədiyyə verir. Həmin gün xüsusilə məşhur hədiyyələrdən biri də konfetdir. Bunun üçün isə konfetləri Qərbi Virginiya ştatındakı Harpers Ferrinin tarixi “True Treats” mağazasından almaq daha yaxşıdır. Bu mağazada tarixin müxtəlif dövrlərində populyar sayılan şirniyyat növləri satılır. “Sevgililər Günü”ndə bu mağazada hədiyyə seçmək o qədər də asan iş deyil .

Qərbi Virginiya ştatındakı Harpers Ferrinin tarixi “True Treats” (Həqiqi müalicə) adlı mağaza Birləşmiş Ştatlarda yeganə tarixi konfet mağazasıdır. Mağaza 8 il əvvəl açılıb. Burada qədim yunan saqqızından tutmuş XX əsrin klassik şirniyyatlarına qədər müxtəlif mallar satılır. Mağazanın sahibi Süzan Bencamin müştəriləri 400-ə yaxın çeşiddə şirniyyat təklif edir.

İlk belə bir mağaza 1806-cı ildə açılıb. Qənnadı məmulatın üzərindəki etiketdə onun tarixi barədə məlumatı oxumaq müştərilərin xoşuna gəlir. “Müxtəlif dövrlərdə hazırlanan şokolad və konfetlərin necə inkişaf etdiyini görmək maraqlıdır” deyə, Ancela Hofman adlı müştəri bildirir.

Süzan Bencaminin dediyinə görə, keçmişdə şirniyyatdan sağlamlıq məqsədilə istifadə olunurdu. “Keçmişdə şəkərdən dərman kimi istifadə olunurdu. Sonradan dünya boyu məşhur olan, təxminən 900 il əvvəl hazırlanan Türk pahat-lokumu boğaz ağrısı üçün nəzərdə tutulurdu.”

O zaman insanlar ağac qabığını və köklərini də çeynəyərdilər. “1800-cü illərdə uşaqlar dadlı biyan kökü alıb çeynəyərdilər.”

Keçmişdə “True Treat”in şirniyyatları içərisində qızardılmış atəş böcəyi və un qurdları da çox məşhur idi. 1950-ci illərdə isə qarışqa vafliləri çox sevilirdi. Süzan Bencamin: “Atəş böcəklərinin dadı biz az küncütə bənzəyir. Məndə qarışqa vafliləri də olub, onlar isə limon dadı verir.”

Meyvəli və qozlu balaca şokoladlar isə 1920-ci illərlə 1950-ci illər arasında populyar idi. Adətən onları kart oynayan vaxt yeyərdilər. “Onlar ona görə balaca düzəldilirdi ki, insanlar bir əlində kart, digərində isə həmin konfeti tuta bilsin” deyə, xanım Bencamin bildirir.

Bəzi müştərilər isə buradakı şirniyyatların onların xatirələrini yada saldıqlarını deyir. Müştəri Emmanuül Monteneqro: “Mən bunu yəqin ki, 18 il əvvəl görmüşdüm və indi yenə gördüm. İndi də ala bilərəm.”

Digərləri isə bu mağazadakı qənnadi məmulatlarla birgə böyüyüb. Müştəri Biv Soriano: “Mən uşaq vaxtı buraya çox gəlmişəm. Ona görə də bura ilə bağlı xatirələrim var. Qəribədir, burada mənə tanış olmayan şeylər olsa da, xatirələrim qalıb.”

Qənnadı məmulatların tarixini bilmək istəyənlər üçün isə Süzan Bencamin “Sweet as Sin” (Günah kimi şirin) adlı kitab yazıb. Kitabında o, qənnadı məmulatlarının maraqlı inkişaf mərhələlərindən bəhs edir.

XS
SM
MD
LG