Liviyanın Mili Keçid Şurasının rəhbəri Mustafa Əbdel Cəlil qüvvələrinin mövqeyinin güclü və hər bir şəhərə daxil olmağa qadir olduğunu bildirib. Bu gün Benqazidə təşkil etdiyi mətbuat konfransında Cəlil deyib ki, qan tökülməsinə yol verilməyəcək və Qəzzafinin təslim olması üçün bir həftəlik razılıq qüvvədədir.
Liviyanın Mili Keçid Şurası Tripolinin müdafiəsi üçün xusisi komitə təsis edib. Şuranın qərarı bu gün elan edən üzvü Əli Tarhuni deyib ki, komitə paytaxtın ictimai və özəl sektorlarını qorumaqla yanaşı, onu Qəzzafiyə sadiq qüvvələrin qalıqlarından təmizləyəcək. Əli Tarhuni sentyabrın ortalarınadək iki neftayırma zavodunun işinin bərpa ediləcəyini bildirib. Liviyanın Mili Keçid Şurası baş qərargahının Benqazidən Tripoliyə köçürülməsinə qərar verib. Yerdəyişmə bir həftə sürə bilər. Bu arada, BMT nümayəndəsi İan Martin bu gün Tripolyə səfər edib, ölkənin gələcəyinə dair şura üzvləri ilə müzakirlər keçirir.