Accessibility links

Transgenderlər etiraz aksiyası keçirib


Transgenderlər etiraz aksiyası keçirib
Transgenderlər etiraz aksiyası keçirib

Avqustun 24-ü bir qrup transgender əvvəlcə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin, daha sonra isə İnsan Hüquqları Üzrə müvəkkilin, Ombudsmanın ofisnin qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları 3 gün öncə, avqustun 22-dəyandırılaraq öldürüldüyü iddia olunan trans qadının qətlinə etiraz edib.

Transgenderlər bildirib ki, öldürülən şəxs barədə tərtib edilən məhkəmə tibbi ekspertizasının rəyi və saxlanılan şəxs barədə tərtib edilmiş protokol onlara göstərilməyib.

Etirazçılar iddia edir ki, qətl hadisəsinə bloger Sevinc Hüseynovanın video müraciətlə insanları onlara qarşı yönləndirməsi səbəb olub. Onlar blogerin cinayətə cəlb olunmasını tələb edib.

Etirazçılar belə faciənin onların hər birinin başına gələ biləcəyindən ehtiyat edir.

Avqustun 23-də paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində açıq ərazidə əli bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıb. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.

Rəsmi qurumlar hələ ki, bu ölüm hadisəsi ilə bağlı məlumat yaymayıb.

XS
SM
MD
LG