ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Con Unla planlaşdırılmış sammitin gələn ay baş tutmaya biləcəyini etiraf edib.
“Əgər bu dəfə olmasa, bəlkə bundan sonra baş tuta bilər”, Tramp bildirib.
Amerika lideri bu açıqlamanı Cənubi Koreya prezidenti Mun Cae-in ilə bu gün Ağ Evdə keçirilən görüşdən sonra verib.
“Amma bizim görüşümüzün hər halda baş tutması ehtimalı böyükdür”, o əlavə edib.
Tramp onun administrasiyasının və Şimali Koreyanın rəsmiləri arasında ilkin müzakirələri “müsbət təcrübə” kimi qiymətləndirib.
ABŞ prezidenti həmçinin bildirib ki, o, Kim Conq Unun planlaşdırılmış danışıqlarla bağlı fikrinin ciddi olduğunu düşünür.
Amma bizim görüşümüzün hər halda baş tutması ehtimalı böyükdür.
Ağ Evdə Cənubi Koreya prezidenti Mun Cae-in ilə görüşdən sonra açıqlama verən Tramp deyib ki, onun administrasiyasının irəli sürdüyü şərtlər var. “Biz bu şərtlərin qəbul ediləcəyini düşünürük”, o bildirib.
Şərtlərin nədən ibarət olduğu ilə sualın cavabında Tramp “mən bunlar haqda danışmamağa üstünlük verirəm” cavabını verib.
Lakin o əlavə edib ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi şərti yerinə yetirilməlidir.
Rəsmi Pxenyan zirvə görüşünün Birləşmiş Ştatların birtərəfli qaydada nüvəsizləşdirilmə tələbləri ilə bağlı fikir ayrılıqlarına görə baş tutmaya biləcəyinə işarə edib.
Ağ Evdə müxbirlərin suallarını cavablandıran Tramp Şimali Koreyanın nüvə arsenalından imtina etməli olduğunu bildirib. O deyib ki, Kim Conq Un bunu qəbul etsə, “mən onun təhlükəsizliyinə qarantiya verəcəm”.