Prezident Donald Tramp 12 günlük Asiya səfərindən dönəndən sonra diqqəti daxili məsələlərə yönəldib. Tramp ən böyük kampaniya vədini yerinə yetirə bilmək üçün Konqresdəki respublikaçıları vergi islahatı tədbirlərini təsdiqləməyə çağırır. Lakin demokratların Nyu Cersi və Virciniyadakı qələblərindən sonra prezident və onun Konqresdəki respublikaçı müttəfiqləri artıq yeni siyasi mənzərə ilə üzləşirlər.
Prezident Tramp uzun Asiya səfərindən sonra Vaşinqtona geri dönüb. O, səfər zamanı real irəliləyişlərin əldə olunduğunu söyləyir.
Biz 2016-ci ildə seçkidə bu vergi islahatı platforması ilə iştirak etdik. Prezident seçki kampaniyası zamanı vergi islahatı və vergi kəsiri platforması ilə çıxış edirdi. İndi o, Amerika xalqına verdiyi sözü tutmaq istəyir.Pol Rayan
“Təhlükəsizlik, ordu və ticarət məsələləri baxımından mən bu səfərdən çox razı qaldım. Ticarət sahəsində siz illərdir görmədiyiniz göstəricilərin şahidi olacaqsınız”, deyə o bildirib.
Tramp indi diqqətini vergi islahatına yönəldir. Bu məsələ prezident və onun Konqresdəki müttəfiqlərinin üzləşdiyi böyük sınaqdır. Onlar gələn il Konqresdə keçiriləcək aralıq seçkilərdən öncə vergi islahatı sahəsində böyük nailiyyət əldə etmək istəyir.
Nümayəndələr Palatasının spikeri Pol Rayan:
“Biz 2016-ci ildə seçkidə bu vergi islahatı platforması ilə iştirak etdik. Prezident seçki kampaniyası zamanı vergi islahatı və vergi kəsiri platforması ilə çıxış edirdi. İndi o, Amerika xalqına verdiyi sözü tutmaq istəyir”.
Ötən həftə Tramp Asiyada ikən demokratlar Nyu Cersi və Virciniyada qubernator seçkilərində qalib gəlib. Ekspert Kayl Kondik isə deyir ki, bu, respublikaçılar üçün təhlükə işarəsi ola bilər.
“Prezidentin ölkəni bu dərəcədə qütbləşdirməsi, xalq arasında qeyir-populyar olması və etimad reytinqinin 40 faizdən aşağı olması onu göstərir ki, demokratlar bu fürstədən istifadə edib, üstünlük əldə edəcəklər”, Kondik söyləyir.
Demokratların seçici fəallığının yüksək olması onların gələn il 2006-cı ildən bəri ilk dəfə olaraq Nümayəndələr Palatasının nəzarətini ələ keçirmələrinə gətirib çıxara bilər.
Senatın demokrat lideri Çak Şumer:
“Dalğanın gəldiyini hiss etmək olar. Onun davam edəcəciyə qarantiya vermək olmaz, amma böyük ehtimal ilə bu dalğa gələcək. 2005-ci ildə də bunu hiss etmək olurdu, indi də”.
Trampın etimad reytinqi vəzifəsinin ilk ilində olan bir prezident üçün tarixi baxımdan ən aşağı səviyyədədir. Con Fortier deyir ki, bu Respublikaçılar üçün xəbərdarlıqdır.
“Əgər prezidentin reytinqləri belə davam etsə, partiyanın növbəti seçkilərdə Nümayəndələr Palatasına nəzarəti əlində saxlaması çətinləşəcək”, Fortier söyləyir.
Amma Cim Kessler deyir ki, demokratların uğur əldə etməsi üçün onların təkcə Trampın əleyhinə çıxmaları yetərli olmayacaq.
“Demokratlar sadəcə olaraq anti-Tramp partiyası olmadıqlarını göstərməlidirlər. Onların qarşılarında faydalana biləcəkləri gündəmləri olmalıdır", Kessler söyləyir.
Mən prezidentin 2020-ci seçkilərdə uğursuz olacağını ehtimal etməzdim, çünki 2016-ci ildə də onun göstəriciləri çox yaxşı deyildi, amma o yenə də qalib gələ bildi.Kayl Kondik
Seçki nəticələri demokratlarda belə bir ümid yaradıb ki, əgər Tramp 2020-ci ildə yenidən namizədliyini irəli sürsə onlar onu məğlub edə biləcəklər. Lakin Kondik deyir ki, bunu düşünmək üçün hələ tezdir.
“Mən prezidentin 2020-ci seçkilərdə uğursuz olacağını ehtimal etməzdim, çünki 2016-ci ildə də onun göstəriciləri çox yaxşı deyildi, amma o yenə də qalib gələ bildi”, Kondik deyir.
Tramp və Respublikaçılar artıq vergi islahatı ilə bağlı daha çox təzyiq göstərir, çünki gələn il keçiriləcək aralıq seçkilərdə respublikaçıların aqibətinin yaxşı olmamaq ehtimalının yüksək olduğunu bilirlər.