Accessibility links

Tramp tərəfdarları "evdə qal" əmrinə etiraz edir


Bir çox amerikalını koronavirus qorxu, Melissa Akisonu isə qəzəb hissi ilə doldurub.

Mühafizəkar Ohayo ştatından senatorluğa namizəd bildirir ki, hökümətin "Evdə qal" əmri məsələyə reaksiyasının ifrat olduğunu göstərir.

"Bu sanki içinizdə nəyisə hiddətləndirir" deyən Akison ştat qubernatoru Mike DeWine-nın qərarına etiraz edənlərdən birdir. O, cümə axşamı virusa yoluxmaqdan "heç bir qorxusu olmadığını" deyərək bütün bu vəziyyətin uydurma olduğunu bildirir.

Ohayo etirazı ölkə daxilində baş qaldıran və qubernatorların malikanələri, eləcə də ştat hökümətinin yerləşdiyi binaların qarşısında təşkil olunan etiraz aksiyalarından birdir.

Oklahoma, Texas və Virciniya kimi ştatlarda 'kiçik hökumət' ideyası müdafiəçiləri, Tramp tərəfdarları, vaksinə qarşı olan fəallar, silah hüquqları tərəfdarları, eləcə də sağçı qruplar koronavirusun yayılması səbəbi ilə evdə qalmağa dərin şübhə ilə yanaşaraq bir araya gəlib.

Etirazların bəziləri son günlərdə meydana çıxan və təşkilatçılarını müəyyən etməyin çətin olduğu Facebook qruplarında təbliğ olunan tədbirlərdir.

Digərləri isə Trampla əlaqələri olan tanınmış Respublikaçı donorlar tərəfindən maliyyələşdirilən qruplar tərəfindən dəstəklənir.

Minlərlə etirazçı Trampı dəstəkləyən papaqlar geyərək Miçiqan ştatının Lansing şəhərinin küçələrinə axışıb. Buradakı mənzərə Prezident Trampın nümayişlərini xatırladır.

Bu etirazlar Trampın Ağ Evdə iqtisadiyyatın yenidən açılması üçün elan ediyi planla təxminən eyni vaxtda ortaya çıxıb.

İctimai sağlamlıq üzrə bir çox mütəxəssislər hələ ki, məhdudiyyətlərin aradan qaldırılmasının çox tez olduğu, virusa yeni yoluxma hallarının artması ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edir.

Lakin prezident və onun tərəfdarları iqtisadiyyatın qapalı qalmasından məmnun deyillər. Minlərlərə insan etirazlar haqqında sual verdikdə Tramp cümə axşamı insanların məyusluqlarına simpatiya ifadə edib: "Əziyyət çəkirlər ... geri qayıtmaq istəyirlər".

Eyni zamanda Tramp insanların hökümətin əmrinə məhəl qoymamaq və özlərini virusa məruz qoyma təhlükəsi ilə bağlı narahatlıqları rədd edir.

"Düşünürəm ki, onlar məni dinləyir," Tramp deyib. "Belə görünür ki, onlar mənim rəyimə hörmət edən etirazçılardır. Və mən az qala bütün qubernatorlarla həmfikirəm. Heç kim bağlı qalmaq istəmir."

Rəy sorğuları ölkədə çoxluğun etirazçıların düşüncələri ilə razılaşmadığını göstərir. Belə ki, bu ayın əvvəlində AP-NORC tərəfindən aparılan sorğularda amerikalıların əksəriyyətinin hökumətin tətbiq etdiyi uzun qadağalar siyahısını dəstəklədiyini, eləcə də məktəblərin bağlı qalması, yığınacaqların məhdudlaşdırılması və barların bağlı qalmasını istəklərini ortaya çıxarıb.

Amerikalıların dörddə üçü insanların evlərində qalmalarını dəstəkləyir. Həm Demokratlar, həm də Respublikaçıların əksəriyyəti ştat və şəhər hökumətlərinin işlərindən razıdır.

XS
SM
MD
LG