Accessibility links

Tramp Meksika və Kanada ilə yeni ticarət sazişini imzaladı


ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Meksika və Kanada ilə yeni bir ticarət sazişi imzalayıb. Bu saziş onu 3 il əvvəl hakimiyyətə gətirən seçki kampaniyasının vədlərindən biri idi.

Ağ Evdə baş tutan imza mərasimində Nümayəndələr Palatasının yeni sazişin Konqresdə hər iki partiya tərəfindən təsdiq olunmasına kömək edən Demokrat nümayəndələri iştirak etməyib. Senat və Nümayəndələr Palatasından 70 qanunverici imzalama mərasiminə qatılıb.

Bu, bizim böyük xalqımızı qoruyan və müdafiə edən mükəmməl və müasir bir razılıqdır

ABŞ-Meksika-Kanada Sazişi NAFTA adlanan 26 illik Şimali Amerika Azad Ticarət Sazişini əvəz edir. Tramp NAFTA-nı dəfələrlə tənqid edib. O, çərşənbə axşamı keçirilən mitinqdə bu sazişi "tarixdəki ən pis ticarət sövdələşmələrindən biri" adlandırıb.

Yeni qanunvericilikdə avtomobil istehsalı, elektron ticarət və əmək ehtiyatları ilə bağlı daha sərt qaydalar yer alır. Lakin Şimali Amerika ölkələri arasındakı 1,2 trilyon dollar dəyərində ticarət axını dəyişməz qalıb.

Saziş Kanada tərəfindən təsdiq olunana qədər qüvvəyə minməyəcək. Bazar ertəsi Kanadanın İcmalar Palatasında Baş nazir Castin Trudo və digər rəsmilər tərəfindən sazişin tez bir zamanda təsdiq edilməsini tələb edən qanun layihəsi təqdim olunub. Meksika ratifikasiya sənədini ötən il təqdim edib.

"Bu, bizim böyük xalqımızı qoruyan və müdafiə edən mükəmməl və müasir bir razılıqdır" - deyə, Tramp bildirib.

Kanada və Meksika ABŞ malları üçün 2 ixrac marketinə malikdir.

Yeni razılıq və Çinlə imzalanan razılığın birinci fazası ticarət gərginlikərini azaltmaqla yanaşı, qlobal iqtisadi inkişafa yardım etməlidir.

Kanada və Meksika liderləri sazişi 2018-ci ildə imzalayıb. Bir neçə ay davam edən bağlı qapılar arxasında müzakirələrdən sonra demokrat qanunvericilərlə Tramp administrasiyası razılığa dəstək verib.

Tramp respublikaçılara razılığın təsdiqinə görə minnətdarlığını bildirsə də, demokratların rolunu qeyd etməyib. O, demokratların imzalama mərasiminə dəvət edilməməsinə baxmayaraq, təsirlərinin hiss edildiyini bildirib.


"Prezidentin imzaladığı sənəd bizə göndəriləndən fərqlidir. Biz böyük düzəlişlər edə bilərdik. Əgər bacarmasaydıq, razılığı təsdiq edə bilməzdik'' - deyə, Nümayəndələr Platasının demokrat spikeri Nensi Pelosi bildirib.

1994-cü ildə qüvvəyə minən NAFTA 3 Şimali Amerika ölkəsi arasında ticarət menələrini aradan qaldırmışdı. Lakin Tramp administrasiyası razılığın fabriklərin ABŞ-ı tərk etməsinə yol açdığını deyirdi.

Azı 40% nəqliyyat vasitəsi işçilərin 16 dollar qazandığı yerlərə köçürülməldir. Bu, ABŞ və Kanadanın xeyrinə olsa da, bu vəsaitin az hissəsini qazanan Meksika işçiləri üçün əlverişli olmayacaq.


ABŞ-ın müstəqil beynəlxalq ticarət komissiyasının hesablamalarına görə, yeni razılıq 68 milyard dollarlıq artımla 176 min yeni iş yeri açmalıdır.

Ətraf mühitin mühafizəsi qrupları da daxil edilməklə, tənqidçilər razılığın qlobal istiləşməni nəzərə almadığını deyir. Bəzi mühafizəkarlar isə sənədin avtomobil və digər malların qiymətlərini artıracağını proqnozlaşdırır.

XS
SM
MD
LG