ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı terror ittihamı altında iki ildir həbsdə olan amerikalı keşişi azadlığa buraxmağa çağırır.
Bu, artıq üçüncü dəfədir ki, məhkəmə onun azadlığa buraxılmaq çağırışını rədd edir. 20 ildən çoxdur Türkiyədə yaşayan Branson, demək olar, iki ildir azadlıqdan məhrum edilib.
Branson 2016-ci il çevriliş cəhdində təqsirləndirilən ABŞ-da yaşayan din xadimi Fəthullah Güləni dəstəkləmək ittihamı ilə 35 illik həbs cəzası ilə üzləşə bilər. Gülən çevrilişdə əli olduğunu inkar edir.
Branson həmçinin qadağan olunmuş kürd üsyançı qrup PKK-ni dəstəkləməkdə günahlandırılır. Hakim Bransonun növbəti məhkəməsini oktyabrın 12-də təyin edib.
Məhkəmədən sonra Tramp Twitter-də Bransonun həbsdə saxlanmasını “tam rüsvayçılıq” adlandırıb. “ O, artıq uzun müddətdir həbsdədir. Ərdoğan bu möhtəşəm xristian həyat yoldaşı və atanı azadlığa buraxmaq üçün səy göstərməlidir. O, yanlış heç nə etməyib, ailəsinin isə ona ehtiyacı var”-deyə, Tramp yazıb.