ABŞ prezidenti Donald Tramp Amerikanın Səudiyyə Ərəbistanı ilə “davamlı tərəfdaşlığı”n davam etdirəcəyini deyib.
O bildirib ki, şahzadə Məhəmməd Bin Salmanın jurnalist Xaşukçinin ölümü ilə bağlı məlumata malik olsa idi, daha yaxşı olardı.
ABŞ dövlət başçısının Ağ Ev tərəfindən açıqlan bəyanatında onun Ər-Riyadla hərbi əlaqələri kəsmək niyyəti olmadığı bildirilib. Bildirilib ki, o ölkə ilə əlaqələrin ağlsızcasına kəsilməsi Rusiya və Çinin mənafeyinə xidmət edə bilər.
Bəyanatda bildirilir ki, İran Yəməndə Səudiyyə Ərəbistanına qarşı Yəməndə qanlı müharibə aparır, İraqda sabitsizlik yaratmağa çalışır, Livanda Hizbillaha dəstək verir, milyonlarla vətəndaşını qətlə yetirən Bəşar Əl-Əsəd diktatorluğuna yardım edir.
“İran Yaxın Şərqdə bir çox amerikalı və başqalarının qətlinin məsuliyyətini daşıyır. Açıq şəkildə “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar səsləndirən İran dünyada terror dəstəkləyən aparıcı ölkədir" - deyə, bəyanatda bildirilir.
"Jurnalist Camal Xaşukçinin qətli dəhşətli bir əməldir. Bu, bizim ölkə tərəfindən qəbuledilməzdir. Biz qətllə bağlı artıq ciddi ölçülər götürmüşük. Xaşuqçinin qətli və cəsədinin parçalanması ilə əlaqədar 17 səudiyyəli sanksiyalarla üzləşib", sənəddə deyilir.
Trampın bəyanatında deyilir ki, Amerikanın milli maraqları öndə gedir.