Accessibility links

Tramp son işlilik statistikasını alqışlayır, lakin işsizlik yüksək qalır


VAŞİNQTON – Prezident Donald Tramp cümə günü səhər ötən ayın iş rəqəmləri ilə bağlı göstəriciləri müsbət qarşılayıb. Son statistikanı o, pandemiyanın ən pis təsirlərinin arxada qalmasının və iqtisadi təlatümün sona yaxınlaşmasının təzahürü kimi qiymətləndirib.

İşsizlik 13.3 faizə düşsə də, ABŞ-ın 1930-cu illərdə Böyük Depressiya zamanı üzləşdiyi göstəricilərə bənzər olaraq qalır.

Əmək Departamenti ötən ay ABŞ-da 2.5 milyon yeni iş yerinin açılmasını elan etdikdən sonra Tramp Qızılgül Bağında müxbirlər qarşısında danışıb.

İqtisadçılar pandemiya üzündən əlavə 8 milyon iş yerinin itirləcəyini gözləyirdilər.

“Bu göstərir ki, bizim etdiklərimiz düzgün olub,” Tramp iş rəqəmləri barədə deyib. “Bu gün baş verənlər əladır.”

Koronavirus pandemiyası və onun doğurduğu sərt karantin tədbirləri Amerikada işsizliyi rekord həddə çatdırıb.
Koronavirus pandemiyası və onun doğurduğu sərt karantin tədbirləri Amerikada işsizliyi rekord həddə çatdırıb.

“Mən sizə deyirəm: əgər nəsə baş verməsə, yaxud buraya yanlış adamlar sahib olmasa, vəziyyət müsbətə doğru dəyişəcək,” deyə Tramp noyabr ayında gözlənilən seçkilərdə vətəndaşların ona dəstək verməli olduqlarına eyham vurub.

COVID-19 pandemiyası nəticəsində nə qədər iş yerinin daimi itirildiyi bəlli deyil.

Mən sizə deyirəm: əgər nəsə baş verməsə, yaxud buraya yanlış adamlar sahib olmasa, vəziyyət müsbətə doğru dəyişəcək.
Donald Tramp, ABŞ Prezidenti

Bundan əlavə, mayın ortasında hazırlanmış hesabat ölkə boyu baş qaldıran etirazları nəzərə almır.

Bəzi iqtisadçılar işsizliyin noyabradək ikirəqəmli səviyyədə qalacağını güman edir.

Tramp öz çıxışında ABŞ-ı son günlərdə titrədən etiraz aksiyaları barədə çox danışmayıb.

“Ümid edirəm ki, Corcun ruhu ölkəmizə baxır və baş verənlərin ölkə üçün yaxşı şey olduğunu deyir,” deyə Prezident Tramp Minneapolisdə polis zorakılığı nəticəsində vəfat etmiş və bütün Amerika boyu nəhəng etiraz dalğasının episentrinə çevrilmiş Corc Floyd haqda deyib.

XS
SM
MD
LG