İctimai etimad reytinin 40 faizdən aşağı olmasına baxmayaraq prezident Tramp kabinet görüşündə qazandıqları nailiyyətləri təbliğ edib.
İctimai etimad reytinin 40 faizdən aşağı olmasına baxmayaraq prezident Tramp kabinet görüşündə qazandıqları nailiyyətləri təbliğ edib.
Tramp keçmiş prezident Barak Obamanın səhiyyə qanununun bir hissəsini ləğv etməklə yanaşı İranın nüvə razılaşmasını da Konqresə təsdiqləməyi rədd edib.
Respublikaçı müşavir Con Fihirinin sözlərinə görə, bu qərarlar mübahisəli olsa da Tramp qaydapozucu olmaq vədinə sadiq qalıb.
“Prezident Tramp siyasi quruluşa qarçı böyük bir imtina idi və o belə olmaqda da davam edir. Prezident Tramp alışılmış qaydalarla oynayan biri deyil.” - deyə Con Fihiri bildirib.
Trampın bu cür dağıdıcı yanaşması çoxlu tənqidlərə də səbəb olub. Onu tənqid edənlər arasında Ohayonun Respublikaçı qubernatoru Con Keysik və keçmiş vitse-prezidenti Co Bayden da var.
“Bizim idaretmədən anlayışı olmayan prezidentimiz var. Bir dəqiqəlik onun siyasətini unudun. O heç hökümətin necə fəaliyyət göstərdiyini başa düşmür.” - Co Bayden qeyd edib.
Analitik Matyu Dallek bildirir ki, prezidentin Respublikaçı senatorlar Bob Korker və Con Makkeyn də daxil olmaqla tənqidçilərə hücum etmək vərdişi diqqət yayındırmasına səbəb olur.
“O öz prezidentliyin böyük bir hissəsini tənqidçilərə qarşı necə hücum edəcəyi barədə düşünür və sonra onlara hücum edir." - deyə Matyu Dallek əlavə edib.
Analitik Bill Qalston deyir ki, hazırda gündəmdə olan vergi islahatı Respublikaçılar üçün əsas sınaqdır.
Bu günə qədər olan vəziyyət isə budur ki, Respublikaçılar vergi planında nələrin olacağı ilə bağlı hələ də tam razılığa gələ bilməyiblər.