Accessibility links

Donald Tramp və Şi Tsinpin Pxenyanın davranışının dəyişəcəyinə ümid bəsləyir


ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin Pekində görüş zamanı, 9 noyabr, 2017-ci il
ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin Pekində görüş zamanı, 9 noyabr, 2017-ci il

ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpin Cənubi və Şimali Koreyaların rəsmiləri arasında kontaktların nüvə silahları əldə etməyə can atan Pxenyanın “destruktiv davranışı”nın dəyişməsinə gətirib çıxaracaq. Bu barədə Ağ Evin iki lider arasında telefon söhbəti ilə əlaqədar verdiyi açıqlamasında bildirilir.

Tramp və Şi bazar ertəsi günü telefon söhbəti zamanı iki Koreya arasında danışıqların Şimali Koreyanın gələn ay keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün idmançılarını və orktesti Cənubi Koreyaya göndərməsi qərarına gətirib çıxarmasını qeyd edib. Ağ Ev bildirib ki, Tramp və Şi iki Koreya arasında bu nadir halda baş verən kontaktın Şimali Koreyanın nüvə silahları sınaqlarında dəyişiklikliyə gətirib çıxaracağı ilə bağlı ümidlərini ifadə ediblər.

Cənubi və Şimai Koreyaların nümayəndə heyətləri arasında danışıqlar
Cənubi və Şimai Koreyaların nümayəndə heyətləri arasında danışıqlar

Ağ Ev Trampın “Şimali Koreyanı nüvə tərksilahına məcbur etmək üçün Birləşmiş Ştatların başçılığı ilə qlobal təzyiq kampaniyasının davam etdirilməsi işinə sadiq qaldığını” dediyini bildirib.

Telefon söhbəti zamanı Tramp və Şinin ticarət məsələlərini müzakirə etdiyi bildirilir. ABŞ liderinin “Birləşmiş Ştatların Çinlə ticarət defisitinin artmaqda davam etdiyi ilə bağlı təəssüf hissini" ifadə etdiyi deyilir. Prezident Tramp bu vəziyyətin davam edə bilməyəcəyini deyib.

Birləşmiş Ştatların Çinlə xroniki hal almış ticarət defisiti keçən il 371 milyard dollar təşkil edib. Bu o deməkdir ki, ABŞ Çinə ixrac etdiyi malların dəyərindən daha çox ölkəyə Çindən mal idxal edir.

XS
SM
MD
LG