Accessibility links

Donald Trampla Səudiyyə Ərəbistanı kralı 100 milyard dollarlıq müdafiə sazişi imzalayıb


Şənbə günü Səudiyyə Ərəbistan karı Kral Salman bin Əbdüləziz və ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının hərbi imkanlarını artırmaq məqsədilə 110 milyard dollar dəyərində sazişlər imzalayıb.

“Müdafiə avadanlıqları və xidmətləri ilə bağlı bu sazişlər İrandan gələn təhlükə qarşısında Səudiyyə Ərəbistanı və İran Körfəzi regionunun uzun-müddətli təhlükəsizliyini təmin edəcək, eyni zamanda isə Səudiyyə Ərəbistanının regionda terrora qarşı aparılan əməliyyatlara yardım etmək imkanlarını artıracaq və bununla da bu əməliyyatların aparılması üçün ABŞ ordusunun üzəridnəki öhdəlik azalacaq,” deyə Ağ Evin bəyanatında bildirilib.

Ağ Ev həmçinin əlavə edib ki, bu razılıq ABŞ şirkətləri üçün Yaxın Şərq regionunda yeni imkanlar yaradacaq və ABŞ-ın müdafiə səanyesində on minlərlə yeni iş yerinin yaradılmasına səbəb olacaq.

Razılığa Səudiyyə Ərəbistanında 150 Lockheed Martin Blackhawk helikopterlərinin quraşdırılmasına dair 6 milyard dollarlıq saziş daxildir. Bunun Səudiyyə Ərəbistanında 450 iş yerininin açılmasına gətirib çıxaracağı gözlənilir.

Bundan bir qədər öncə şənbə günü Kral Salman Bin Əbdüləziz paytaxt Riyadda keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampa krallığın ən yüksək mülki şərəf medalını təqdim edib.

Tramp və digərləri saraya daxil olduqdan sonra Kinq Salman prezident Trampın boynuna qızıl Kral Əbdüləziz Əl-Səud Medalını taxıb.

ABŞ prezidenti Donald Tramp ilk xarici səfəri çərçivəsində Riyadda səfərdədir. Prezidentlə həyat yoldaşı Melaniyanı hava limanında Səudiyyə Ərəbistan kralı Salman Bin Əbdüləziz qarşılayıb. Kral ilə Tramp və xanımı hava limanındalı Kral Salonu adlı terminala keçərək, orada qısa söhbət edib. Bir neçə dəqiqə sonra isə onlar hava limanını konvoyda tərk edib şəhərə yola düşüblər.

Hava limanında ağır təhlükəsizlik tədbirləri görülüb və orada silahla təchiz olunmuş hərbi maşınlar yerləşdirilib.

Misli görülməmiş səfər

Amerika prezidentinin ilk xarici səfəri olaraq Səudiyyə Ərəbistanına getməsi misli görülməmiş bir haldir.

Bu səfər həm də Trampın “Amerika Birinci” ritorikası. seçki kampaniyası zamanı müsəlmanların qadağasına çağırışları və altı müsəlman ölkəsindən səyahəti qadağan edən sərəncamlarından sonra daha da təəccüb döğurur.

Uzun illərdən bəri ABŞ-la enerji və müdafiə əlaqələri olan Səudiyyə Ərəbistanı səyahət qadağaları tətbiq edilən ölkələr siyahısında yer almamışdı.

Trampın krallıqda keçirəcəyi iki gün ərzində 100 milyard dollardan çox dəyəri olan silah razılığının açıqlanağı gözlənirlir. Bundan əlavə Səudiyyə kralı müsəlman ölkələrindən onlarla lideri Trampla görüşməyə dəvət edib.

Tramp səfərinin ilk gününün böyük hissəsində Kral Salman və kral ailəsinin digər üzvlrəi ilə görüşlər keçirəcək, axşam isə şam yeməyi ziyafətində iştirak edəcək. Bazar günü o terrora qarşı mübarizəyə həsr olunmuş regional sammitdə ərəb və müsəlman liderləri ilə görüşəcək.

Səfərin Məqsədi

Ölkədaxilində artan siyasi qalmaqallarla üzləşən prezident Tramp bu səfərdə istifaə edərək, onun sözləri ilə desək “radikal İslam terroruna” qarşı mübarizədə həmfikir müsəlamn liderləri ilə ittifaqın yaranmasına yardım etməklə administrasiyasını qlobal lider olaraq göstərməyə çalışır.

“Bu, Amerikanın anti-müsəlman olduğuna fair fikirləri aradan qaldırır”, deyə bu ayın əvvəli Səudiyyə Ərabistanının xarici işlər naziri Adil Əl-Cubair müxbirlərə bildirib.

Regiondakı münaqişələr

Səudiyyə Ərəbistanı və İran regionda baş verən münaqişələrdə rəqib tərəfləri dəstəkləyir. Buna Yəmən və Suriyadakı vətəndaş müharibələri daxildir. Suriyada prezident Əsədin qüvvələri Tehran və Moskva tərəfindən dəstəklənir.

“Riyada səfər İrana qarşı edilən böyük simvolik bir işarədir”, deyə Hadson İnstitutundan Mayk Pricent bildirib.

Yaxın Şərq üzrə təhlilçi onu da əlavə edib ki, regiondakı anti-İran qüdrətlərlə yeni ittifaqlar yaratmaq cəhdinə səbəb odur ki, “İŞİD-dən sonra onlar ən böyük təhlükə olaraq İranı görür və İrana görə də İŞİD-ə son qoyulmur.”

Admisnitrasiya rəsmiləri Trampın böyük insan haqları tərəfdarı olduğunu desə də, onlar səfər zamanı bu məsələnin çox müzakirə olunmayacağını etiraf edib.

XS
SM
MD
LG