Accessibility links

Tramp respublikaçıların zəif dəstəyinə baxmayaraq kampaniyanı davam etdirmək əzmindədir


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Ağ Ev uğrunda mübarizədə son bir neçə həftəni öz şərtlərinə uyğun aparacağına öz verib.

Partiya liderlərinin Trampın qadınlar haqda nalayiq ifadələr işlədib, seksual uğurları ilə öyündüyü 2005-ci ilə aid videonun açıqlanmasından sonra onun kampaniyasından uzaqlaşmağa çalışması onu çəkindirmir.

“Mən respublikaçılara çox qəzəbliyəm. Onlar insanlara dəstəklərini vermir”-deyə Tramp seçkinin nəticələrinin müəyyən edilməsində mühüm rol oynayan ştatlardan biri olan Floridada tərəfdarları qarşısında çıxışında deyib.

Daşınmaz əmlak maqnatı Vaşinqtonda həm respublikaçı, həm də demokrat siyasətçiləri onun rəqibi, demokrat Hillari Klintonu dörd il dövlət katibi olduğu müddətdə milli təhlükəsizliyə aid emailləri şəxsi serverində saxladığına görə məhkəmə qarşısına çıxarılmaqdan müdafiə etdikləri üçün tənqid edib. Təhqiqatçılar Klintonun hərəkətini “son dərəcə cidi diqqətsizlik” kimi qiymətləndirsə də, ona qarşı heç bir ittihamın çıxarılmaması haqda qərar verib.

Tramp tərəfdarları qarşısında çıxışında deyib: “Biz təhqiqatın özünü təhqiq etməliyik. Onlar Vaşinqtonda hamının bir-birini müdafiə etdiyi bir razılığa gəliblərmi? Onun prezidentlik yarışlarına qoşulmasına icazə verilməməli idi.”

Lakin Tramp 2016-cı il prezident seçki kampaniyasının son mərhələsində açıqlanmış məşhur olduğuna görə qadınlara heç bir cəza almadan toxuna bildiyi haqda öyündüyü videoya dair bir söz deməyib.

Donald Tramp və Hillari Klinton arasında ikinci debat
Donald Tramp və Hillari Klinton arasında ikinci debat

O, Fox televiziyasına müsahibədə respublikaçı liderlər tərəfindən “dəstəyin olmamasından bezikdiyini” bildirib. Nümayəndələr Palatasının spikeri Pol Rayan və Respublikaçılar partiyasının 2008-ci ildə prezidentliyə namizədi olmuş Arizona senatoru Con Makkeyn son günlər Trampa dəstək verməkdən imtina edənlər arasındadır. Bununla belə, Rayan Trampın noyabrın 8-də Klintona məğlub ola biləcəyi ehtimalını söyləməkdən çəkinib.

Yeni siyasi təhlillər demokrat namizəd Hillari Klintona Trampdan daha artıq dəstək verildiyinə görə onun Birləşmiş Ştatların ilk qadın prezidenti olmaq şanslarının yüksək olduğuna işarə edir. Real Clear Politics analitik mərkəzinin apardığı sorğunun nəticələrinə görə, Klinton ölkə üzrə 6.2 faiz üstünlüyə malikdir.

XS
SM
MD
LG